“Kəpəz”in legioneri: “Bütün oyunlar komandada təzyiq yaradır”
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Kəpəz” Premyer Liqanın XXVIII turunda “Səbail”lə heç heçə edib – 1:1.
Gəncə təmsilçisinin portuqaliyalı müdafiəçisi Dioqo Verdaşka “Futbolpress.az“a açıqlamasında oyun haqda fikirlərini bölüşdü:
– İlk hissəyə yaxşı başlamışdıq və yaxşı da tamamladıq. Ancaq ikinci hissəni ilk yarıdakı kimi oynaya bilmədik. Bir az geriyə çəkildik və onların çoxlu künc zərbələri oldu. Bu məqamlarda da üstünlüyümüzü itirdik.
– “Neftçi” və “Sabah” kimi komandaları məğlub edə, “Qarabağ” kimi ölkə flaqmanında xal ala bilirsiz. Ancaq sonuncu pillədə qərarlaşan “Səbail”i məğlub edə bilmirsiz. Səncə, niyə belədir?
– Bu, futboldur. Bu gün məğlub olmamışıq. Azından 1 xal qazanmışıq. Belə şeylər futbolda olur. Hər oyuna qələbə üçün çıxırıq. Sadəcə “Səbail”in sonuncu pillədə olması, o demək deyil ki, zəif komandadır. Onlar yaxşı komandadır.
– Bu sual Azər Bağırova da verildi və məşqçiniz bildirdi ki, sizə daha yaxın olduqları üçün komandada uduzmaq qorxusu var. Baş məşqçinizlə razısan?
– Onsuz da bütün oyunlar komandada təzyiq yaradır. Çünki hamı meydana qələbə üçün çıxır. Ola bilsin ki, “Səbail”in bizə daha yaxın olması, bizə daha çox təzyiq yaratsın. Baş məşqçimizin fikirləriylə razıyam.
Mirkamal Kazım
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 31 Mart 2025 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















