Icma.az
close
up
RU
“Kəpəz”in legioneri: “Hamı söyləyirdi ki…”

“Kəpəz”in legioneri: “Hamı söyləyirdi ki…”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Komanda olaraq hamı yaxşı oynadı. Meydanda fərdi yox, kollektiv şəkildə mübarizə apardıq”.

Futbolpress.az xəbər verir ki, bu sözlər “Kəpəz”in üzvü Valdemar Almeydaya məxsusdur.

“Sabah” ilə oyundan danışan yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında bildirb ki, matça ciddi yanaşıblar:

“Güclü, yaxşı rəqibə qarşı ağıllı oynadıq. Görüşə düzgün hazırlaşmışdıq. Göstərdik ki, biz varıq və daha yaxşısını edə bilərik”.

“Pana” ləqəbli futbolçunun qolu “Kəpəz”ə qələbə gətirib. O, fərqlənməsini uğurlu komanda işinin nəticəsi kimi qiymətləndirib:

“Hər bir futbolçu qol vurmağı xoşlayır. Mənim üçün belə imkan yarandı və fürsətdən yararlandım. Fərqləndiyim və xüsusən də qolum komandaya qələbə qazandırdığı üçün sevincliyəm. Qol epizodunda hamının rolu var. Vəziyyəti komanda olaraq yaratdıq. Belə oynamağa davam etməliyik”.

33 yaşlı yarımmüdafiəçi komandasının elitada yerini qoruyacağına əvvəlcədən inandığını deyib:

“Çempionatın əvvəlində vəziyyət olduqca mürəkkəb idi. Hamı söyləyirdi ki, “Kəpəz” bu mövsüm daha bacarmayacaq. Amma biz bunun əksini sübut etdik. Bunun üçün çox çalışdıq. İstəyimizə də nail olduq”.

Almeyda “Araz-Naxçıvan” ilə qarşıdakı oyuna da uğurlu nəticə üçün çıxacaqlarını söyləyib:

“Növbəti oyun barədə fərqli düşünmürük. Qələbə qazanmaq istəyirik. Lakin bu, son oyunda olduğu kimi eyni ambisiya və əzmlə mümkün olacaq. Çünki “Araz-Naxçıvan” klubunun da yaxşı qurulmuş heyəti var. Çətin oyun gözləyir bizi. Üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 12 Aprel 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri