Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Kəpəz”in legioneri: “Tez qayıtmaq istəmədim” (MÜSAHİBƏ)

“Kəpəz”in legioneri: “Tez qayıtmaq istəmədim” (MÜSAHİBƏ)

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Kəpəz”in futbolçusu Yeqor Xlvako Belarus mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi komandadakı durumdan, Azərbaycan çempionatından danışıb:

– Fasilə necə keçir?
– Martın 15-də “Qarabağ”la ev oyunu keçirdik. Bundan sonra üç günlü istirahət oldu. Bu vaxtda Tbilisiyə getməyi bacardım. İndi qayıtmışam və məşqlərə başlamışıq. Mövsümün sonuna 9 vacib oyun qalıb.

– “Qarabağ”la qolsuz heç-heçə etsəniz də, “Kəpəz” sondan 2-cidir. Nə üçün yüksəklərə qalxa bilmirsiniz?
– Ümumilikdə nəticələr pis deyil. Yeni ildən daha yaxşı çıxış edirik. Burda olduğum üç il də hər yeni mövsümdə yenilənən komanda olur. İlk vaxtlardan cəmi 3-4 oyunçu qalıb. Bir-birimizə öyrəşməyə vaxt lazım olur. Heyətdə tez-tez dəyişikliklər olur.

– Nə üçün?
– Çünki bir az yaxşı oynadıqdan sonra təkliflər gəlir. “Kəpəz” isə futbolçuları üçün şəraiti yaxşılaşdıra bilmir. Klubun müəyyən büdcəsi var. Amma indi yeni sponsor olacağı və vəziyyətin düzələcəyini deyirlər. Düşünürəm ki, növbəti ildə yeni oyunçular və yeni hədəflər olacaq.

– Sizi üç ildir “Kəpəz”də saxlayan nədir?
– Birinci mövsümdən sonra yalnız Belarusdan təkliflər var idi. Ancaq tez qayıtmaq istəmədim. İkinci mövsümdən sonra “Səbail”dən maraq var idi. Onların yaxşı bazası var, amma stadionları sünidir və keyfiyyət aşağıdır. Ona görə düşündüm ki, keçməyə dəyməz. Özümü “Kəpəz”də rahat hiss edirəm. Bu mövsümün əvvəlində komandanın saxlanacağına söz verdilər. Premyer Liqada sponsor problemini də həll edirik. Ötən mövsümün sonunda yeni müqavilələr təklif edildi. Baş məşqçi söz verdi ki, komanda yaxşı olacaq, heyətin əsası qalacaq. Belə olacağına inanırdım, amma yenidən vəziyyət dəyişdi.

– Komandada çoxlu legionerlər var. Onlarla necə anlaşırsınız?
– Ötən il əcnəbilər az idi. Bu mövsüm portuqaliyalı müdafiəçimiz var. Onunla birlikdə oynayırıq. O, ispan, portuqal, ingilis dillərini bilir. Ünsiyyət quran oyunçudur. Eyni zamanda demək olar, bütün azərbaycanlı futbolçular rus dilində danışırlar. Kiminləsə də ətraflı danışmaq lazım olsa, tərcüməçimiz var.

– Həmyerlin Yeqor Boqomolski “Neftçi”də çıxış edir. Əlaqəniz var?
– Bəli, danışmağa, harasa getməyə vaxtımız olur. Kubokda onlarla ilk oyunumuz alınmadı. Çoxlu qol imkanlarını boşa verdik. “Neftçi” isə məqamından yararlandı və qələbə qazandı. İndiki məqamda bizimçün çempionat daha vacibdir. Premyer Liqada da onlarla oynadıq və bütün diqqətimiz bu matçda idi. Nəticədə qalib gəldik və autsayder “Səbail”dən aralana bildik.

– “Kəpəz” Gəncəni təmsil edir, ancaq Tovuzda oynayır…
– Yeni stadion tikilir. Əvvəl Qəbələdə oynamışdıq. Lakin Tovuz daha yaxındır. Gəncə ilə arada 60-70 km məsafə var. Belarusda yayda süni meydançalarda oynamaq qadağandır, ancaq burda olar. Bəzi komandaların başqa seçimləri yoxdur. Məsələn, “Şamaxı”, “Səbail”, “Turan Tovuz”…

– Azərbaycana uyğunlaşma necə oldu?
– 2022-ci ildə gəldim, iki həftə məşq etdim və oynamağa başladım. Sonra “Neftçi” ilə matçdan öncə belimdə ağrılar oldu. Bir müddət yaşıl meydanlardan kənarda qaldım. Özüm narahat idim və uyğunlaşmalı idim. Daha sonra tez sağalmağa və oynamağa başladım. Burda yayda hava 30-32 dərəcə isti olur. Bəzən çölə çıxırsan və 5-10 dəqiqə sonra kondisionerli otaq axtarırsan. Azərbaycanda insanlar mehribandırlar. Yaşı 30-35 olanların çoxu rus dilində danışır.

– Karyeranızın sonuna qədər Azərbaycanda qalmaq istəyirsiniz?
– Xeyr. Mən belarusluyam. Mövsümün sonuna az qalıb və həmişə axıra yaxın evə getmək istəyirsən. Konkret nəsə planlaşdırmamışam. Necə olacağını bilmirəm. Çempionatın başa çatmasına 2 ay qalıb. 28 yaşım var və müəyyən təcrübə qazanmışam.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Mart 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see261

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see212

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see198

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see194

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see160

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see156

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see138

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see136

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see135

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri