Icma.az
close
up
RU
Kərbəlada anti sanitar VƏZİYYƏT Xoşagəlməz mənzərə yaradan KİMLƏRDİR? VİDEO

Kərbəlada anti sanitar VƏZİYYƏT Xoşagəlməz mənzərə yaradan KİMLƏRDİR? VİDEO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Kərbəla, Nəcəf (İraq) ziyarətinə gedənlərin sayı artıb. Zəvvarların sayının artması təbii ki, müəyyən çətinliklərə də səbəb olub. Doğrudur, milyonlarla insanın iştirak etdiyi ziyarətlərdə çətinliklərin olması mümkün qarşılansa da, bu dəfə anti-sanitariya problemləri narazılıq yaradıb. Xüsusilə İrandan gedən zəvvarlar natəmizliklə bağlı video paylaşıblar.
Videoda açıq-aydın görünür ki, çirkli sularda stəkanlar yaxalanır, yarımçıq çaylar yenidən çaydana əlavə olunur və s. Bu da öz növbəsində yoluxucu xəstəliklərin, eləcə də mədə-bağırsaq infeksiyasının yaranmasına səbəb olur.
Görünən odur ki, Kərbəla alnına yazılan bu yazıdan qurtula bilmir – yenə də dodaqlar təmiz suya həsrət qalıb...  
Azərbaycandan da yüzlərlə zəvvarın orada olduğunu nəzərə alsaq, bəs belə xoşagəlməzliklərə – ziyarət zamanı sağlamlığı təhlükəyə atan anti-sanitarıya hallarına rast gəlinibmi?
Azərbaycanda yalnız Həcc ziyarəti rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin nəzarəti altındadır. Ancaq Məşhəd və Kərbəla ziyarətləri vacib dini ibadət olmadığı üçün onları konkret dövlət qurumu icra etmir. Bu ziyarətləri adətən təcrübəli tur şirkətləri təşkil edir.
Ona görə də suallarımızı belə tur şirkətlərinə ünvanladıq. Uzun illərdir ziyarət təşkilatçılığı ilə məşğul olan “Salam Tour” şirkətinin nümayəndəsi Fərqanə  Bağırova Bizim.Media-ya bildirdi ki, zəvvarların rahatlığı və məmnunluğu həmişə diqqət mərkəzində olub və qeyd olunan şəkildə ciddi gigiyena və sanitariya qaydalarının pozulmasına rast gəlinməyib. Amma bəzi insanların ayrı-ayrı hallarda sanitariya qaydalarının pozması olur ki, bu da fərdidir, yəni xarakterdən asılıdır.
“Bu bir uzun yoldur və bu yoldan minlərlə insan keçir. Uzaq məsafədə insan hər şeylə qarşılaşa bilər. Hər cür – pinti, səliqəli adamlar olur. Zibil qutuları olduğu halda zibili hara gəldi atırlar, meyvə qabıqlarını, artıqlarını tullayırlar. Ayaqyolularda natəmizlik edənlər də olur. Gərək insanlar özləri bunları anlasın və qaydalara riayət etsinlər” – deyə o, vurğuladı.
Tur nümayəndəsi əlavə etdi ki, Azərbaycandan gedən zəvvarlar birdəfəlik istifadə üçün nəzərdə tutulan qablaşdırmada çay və ağzıqapalı sulardan istifadə ediblər. Qidalanma da gigiyenik qaydalara uyğun yerlərdə baş tutub.  
“Ecaz Travel” şirkətinin nümayəndəsi Fuad Quliyev isə diqqətə çatdırdı ki, bu il Ərbəin münasibətilə Kərbəlaya gedənlərin sayı rekord qırıb – ziyarət edənlərin sayı 21 milyona çatıb:
 

“Yerli əhalini də nəzərə alsaq, əslində kiçik bir şəhər üçün bu say çoxdur, bu qədər zəvvarı qarşılamaqda əlbəttə əziyyət çəkiləcək, belə olanda da çatışmazlıqlar özünü büruzə verəcək. Təbii ki, bu qədər insan hərə ardınca bir zibil qoysa natəmizliklərə də rast gəlmək mümkündür. Amma çirkli sularda qab-qacaq yuyulması hallarına şəxsən rast gəlməmişəm.


Mən özüm hətta orada insanlara xidmət etmişəm, təmizlik işlərində nöqsanlar görməmişəm. Konkret azərbaycanlılara qarşı belə hallar olmayıb. Həm də bizim insanlarımız yediyinə-içdiyinə fikir verən olur, birdəfəlik qablarda çayını-suyunu içir”.
Xatırladaq ki, Ərbəin ziyarəti İmam Hüseynin şəhadətinin 40-cı günü  həyata keçirilir.

Şəfiqə Şəfa, Bizim Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Sentyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri