Kerç boğazında daha bir tanker qəzası Gəmi 2 yerə bölündü
Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kerç boğazında neft məhsulları daşıyan ikinci tanker batıb.
Publika.az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
Bundan əvvəl mətbuatda “Volqoneft 212” markalı mazut daşıyan tankerin qəzaya uğraması barədə məlumatlar yayılmışdı. Tankerdə 13 ekipaj üzvü olub. Onlar gəmini tərk edə biliblər.
“Volgoneft 239”un da oxşar zərər gördüyü bildirilir. Pis hava şəraiti səbəbindən dalğalar onun yan hissəsini qıraraq gəminin iki yerə bölünməsinə səbəb olub.
Mənbənin məlumatına görə, gəminin göyərtəsində 14 dənizçi olub. Onlar və birinci gəminin ekipaj üzvləri indi sudadırlar. Onları “Merkuri” yedək gəmisi, həmçinin xilasedicilərin olduğu bir helikopter götürməlidir. Hazırda 8 nəfəri xilas etmək mümkün olub. Onların heç bir xəsarətinin olmadığı qeyd edilir.
Bu dəfə hadisə şahidləri yanacağın dağılmasının izlərindən danışıblar. "Baza" "Telegram" kanalının məlumatına görə, hər iki tankerin göyərtəsində səkkiz min tondan çox neft və mazut var.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 Dekabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















