Kerç boğazında mazutun dağılmasından sonra 60a yaxın ölü delfin tapılıb AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 11 yanvar, AZƏRTAC
Kerç boğazında tankerin qəzaya uğraması və mazut sızması nəticəsində ölən delfinlərin sayı bir həftə ərzində iki dəfə artaraq 60-a çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Delfinlərin Xilasetmə Elmi-Ekoloji Mərkəzinin direktoru Tatyana Beley bildirib.
Onun sözlərinə görə, hazırda delfin emissiyaları mövsümü deyil. Buna görə də bu qədər çox sayda ölü delfinin tapılması narahatlıq doğurur.
Bundan əvvəl Qara dənizdə 30-dan çox ölü delfinin aşkar edildiyi bildirilirdi.
Xatırladaq ki, ötən ilin dekabrın 15-də Kerç boğazında mazut tankerləri qəzaya uğrayıb və nəticədə neft məhsulları olan 4 çən zədələnib, dənizə 2,4 min tona yaxın mazut dağılıb.
Bu mövzuda digər xəbərlər:Kerç boğazında mazut sızıntısından sonra 80 dən çox ölü delfin tapılıb
08 Fevral 2025 07:15
Kerç boğazında 30dan çox delfin ÖLDÜ
05 Yanvar 2025 20:49
Kerç boğazında tanker BATIR
15 Dekabr 2024 18:10
Anapada mazutun öldürdüyü ilk delfin tapılıb
19 Dekabr 2024 15:32
Kerç boğazında fırtına səbəbindən tankerlər zədələnib, neft sızması baş verib AZƏRTAC
15 Dekabr 2024 18:00
Baxış sayı:163
Bu xəbər 11 Yanvar 2025 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















