Icma.az
close
up
RU
Kerç keçidinə zərbə: Ukrayna xüsusi təyinatlıları iki Rusiya hərbi gəmisini sıradan çıxarıb

Kerç keçidinə zərbə: Ukrayna xüsusi təyinatlıları iki Rusiya hərbi gəmisini sıradan çıxarıb

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Martın 14-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Kerç bərə keçidinin əsas elementləri sayılan iki Rusiya hərbi gəmisini — “Slavyanin” bərəsini və “Avanqard” gəmisini vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, martın 13-dən 14-nə keçən gecə Baş Kəşfiyyat İdarəsinin Aktiv Əməliyyatlar İdarəsinin mütəxəssisləri Rusiyaya məxsus iki hərbi gəmini uğurla hədəfə alıblar. Əməliyyat nəticəsində “Slavyanin” qatar-bərəsi sıradan çıxarılıb, Ukraynaya qarşı müharibədə istifadə olunan “Avanqard” gəmisi isə zədələnib.

Kəşfiyyatın bildirdiyinə görə, bu gəmilər Kerç bərə keçidinin əsas hissəsi sayılırdı və düşmənin dəniz hərbi-logistika sistemində mühüm rol oynayırdı. Onlardan xüsusilə silahların, hərbi texnikanın və sursatın daşınması üçün istifadə olunurdu.

Əməliyyat çərçivəsində Ukrayna hərbi kəşfiyyatının xüsusi təyinatlıları Müdafiə Qüvvələrinin digər bölmələri ilə birlikdə Rusiyanın Krasnodar diyarında yerləşən “Kavkaz” limanının infrastrukturuna da atəş zərbəsi endiriblər. Məhz bu liman Rusiya tərəfindən Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə olunur.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri bildirib ki, onların Dərin Hücum bölmələri Kerç boğazının Rusiya tərəfində yerləşən Çuşka qəsəbəsindəki “Kavkaz” dəniz limanını da hədəfə alıb. Rusiya bu limandan müvəqqəti işğal olunmuş Krımla logistika əlaqələri üçün istifadə edir. Liman cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşir.

Ukrayna hərbçilərinin sözlərinə görə, liman ərazisində körpülər, bərə kompleksi, eləcə də taxıl, neft məhsulları və kimyəvi yüklərin emalı üçün terminallar fəaliyyət göstərir. Rusiya bu limandan həm ixrac-idxal əməliyyatları, həm də böyük tonnajlı gəmilərin daşınması üçün istifadə edir.

Xatırladaq ki, daha əvvəl — martın əvvəlində Ukrayna Müdafiə Qüvvələri Novorossiyskdəki Rusiya hərbi-dəniz bazasına hücum etmiş və “Kalibr” qanadlı raketlərini daşıyan “Admiral Essen” freqatına zərər yetirmişdi.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk bildirib ki, ruslar böyük ehtimalla freqatı bərpa etməyə çalışacaqlar. Lakin Azov-Qara dəniz bölgəsində lazımi dokların olmaması səbəbindən bunun necə həyata keçiriləcəyi sual altında qalır. Onun sözlərinə görə, gəmi ya yolda təmir edilməli olacaq, ya da bəzi funksiyalarını itirə bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Mart 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri