Icma.az
close
up
RU
Kərə yağı yenə bahalaşacaq? AÇIQLAMA

Kərə yağı yenə bahalaşacaq? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il yanvar-aprel aylarında idxal edilən kərə yağının bir kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35.2% artaraq 11.9 manata bərabər olub. Bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 23.59 manat, yerli kərə yağının orta satış qiyməti 20.90 manat təşkil edib.
İqtisadçı Rəşad Həsənov  Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda kərə yağının qiymətində müşahidə olunan artım həm daxili, həm də xarici faktorların təsiri ilə baş verir:
“Yerli istehsalın azalması, südün qiymətinin yüksəlməsi və istehsal xərclərinin artması yerli məhsulların bazarda bahalaşmasına səbəb olur. Eyni zamanda, idxal olunan heyvan mənşəli yağlar və süd məhsullarının da qiymətlərində ciddi artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-aprel aylarında idxal edilən heyvan mənşəli yağların qiyməti 31,1%, süd məhsullarının qiyməti isə 25,9% artıb. Bu artımlar daxili bazarda satış qiymətlərinə də birbaşa təsir edir. Qlobal səviyyədə FAO-nun məlumatlarına görə, süd və süd məhsullarının qiymətləri son bir ildə ardıcıl artım göstərir. Bu, iqlim dəyişiklikləri, quraqlıq, otlaq sahələrinin azalması, kənd təsərrüfatına marağın azalması və alternativ sənaye sahələrinin daha gəlirli olması kimi faktorlarla əlaqələndirilir”.
İqtisadçı əlavə edib ki, dünya üzrə subsidiyaların azlığı, təsərrüfat zəncirindəki səmərəsizlik və istehsala yönəlik dəstəyin zəifliyi qiymət artımlarını stimullaşdırır:
“Proqnozlara əsasən, qiymətlərin gələcəkdə sabitləşməsi və ya artım templərinin zəifləməsi bu xarici amillərin davamlı olub-olmamasından asılı olacaq. Azərbaycanda kərə yağı istehlak səbətinə daxil olan əsas məhsullardan biridir. Yağın bahalaşması əhalinin, xüsusilə də həssas sosial qrupların büdcəsinə mənfi təsir göstərir. Bu səbəbdən də hökumətin əsas prioritetlərindən biri asılılığı azaltmaq, yerli istehsalı dəstəkləmək, bazarda rəqabət mühitini dərinləşdirmək və qiymət artımlarının qarşısını almaq üçün effektiv tədbirlər görmək olmalıdır. Nəticə olaraq, hazırkı vəziyyət qiymətlərin yaxın dövrdə də artmaqda davam edə biləcəyini göstərsə də, bu prosesin intensivliyi mövsümi məhsuldarlıq və qlobal bazarlardakı dəyişikliklərlə birbaşa bağlı olacaq”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 İyun 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri