Kərə yağının qiyməti niyə qalxır?
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kərə yağının qiyməti niyə qalxır?
Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda son bir ayda kərə yağı qiymətləri yenidən artıb.
Marketlərdə kərə yağının bahalaşması ötən ayla müqayisədə təxminən 10% civarındadır. Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan "Belarus" kərə yağı hazırda 23,95 manata yüksəlib. Müqayisə üçün bildirək ki, sentyabr ayında eyni məhsulun bir kiloqramı 18,49 manat idi.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda da noyabr ayında bahalaşan ərzaq məhsulları sırasında kərə yağının ən çox bahalaşan məhsul olduğu vurğulanıb.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51 faiz çoxdur. Bəzi kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb. İqtisadçılar bu vəziyyəti dünya bazarında kərə yağının qiymətinin artması ilə əlaqələndirirlər. Azərbaycanda kərə yağı əsasən idxal olduğu üçün qiymətlər də dünya bazarındakı vəziyyətdən asılıdır.
Ən sərfəli kredit üçün müraciət etİqtisadçı Natiq Cəfərli kərə yağının bahalaşması səbəblərinə toxunaraq Banco.az-a bildirib ki, xaricdən asılılığımızın bu qədər yüksək olduğu şəraitdə qiymət artımı təbiidir:
"Azərbaycanda kərə yağının 90 faizdən çoxu xaricdən idxal olunur. Qiymət artımının əsas səbəblərindən biri də dünya miqyasında logistika xərclərinin və yol xərclərinin artmasıdır. Bu artım nəticə etibarilə ölkəmizdə də qiymətlərə təsir göstərir.
Hazırda Azərbaycan bazarında yerli istehsal olduqca məhduddur – cəmi 10 faiz civarında. Bazarda “Azərbaycan məhsulu” adı ilə satılan yağların tərkibi əslində xaricdən gətirilir. Bu yağlar ölkəyə idxal olunur, burada qablaşdırılaraq satışa çıxarılır.
Bu vəziyyətin kökündə idxaldan yüksək asılılıq, xarici bazarlardakı qiymət dəyişiklikləri və geosiyasi gərginliklərin yaratdığı əlavə logistika xərcləri dayanır. Bu amillər birlikdə qiymət artımını qaçılmaz edir".
Natiq Cəfərli əlavə edib ki, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılması uzunmüddətli həll yolu kimi dəyərləndirilməlidir. Hazırkı mərhələdə isə qiymət artımı qaçılmazdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 18 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















