Kərəm Aktürkoğlunun yerinə “Fənərbaxça”ya bu oyunçu gələ bilər
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Fənərbaxça"da uzun müddətdir gündəm olan “Benfika”lı Kərəm Aktürkoğlu transferi ilə bağlı müxtəlif ssenarilər üzə çıxmağa davam edərkən, Portuqaliyadan Ceni Katamo iddiaları ortaya çıxıb.
İdman.biz xəbər verir ki, Portuqaliyanın “A Bola" qəzeti Joze Mourinyonun "B Planı"nın "Sportinq"in 24 yaşlı sağ cinah oyunçusu olduğunu yazıb.
Qəzet onun “Fənərbaxça”ya keçməyə "Kərəmdən daha yaxın" olduğunu yazıb. Yazıda Kərəmin transferi baş tutmasa, mozambikli futbolçunun əsas variant olacağı bildirilib.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Fənərbaxça"nın "Benfika" ilə 0:0 bərabərə qaldığı oyuna ilk 11-də daxil olan Kərəm Aktürkoğlu matçdan əvvəl azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. "Fənərbaxça"ya keçməyə çox həvəsli olduğu bilinən Türkiyə millisinin futbolçusu azarkeşlərin alqışlarına qarşılıq verib, daha sonra ehtiyat oyunçular skamyasına keçərək “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ilə görüşüb.
“A Bola” qəzetinin yazdığına görə, türkiyəli oyunçunun transfer prosesinin tamamlanmaq üzrə olduğuna inanılsa da, “Benfika” Kərəmi satmaqdan imtina etmək qərarına gələ bilər. O halda isə “B planı” həyata keçiriləcək.
İdman.biz


