Icma.az
close
up
RU
Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu Generallar məhkəməyə çağırıldı

Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu Generallar məhkəməyə çağırıldı

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı iki general məhkəməyə çağırılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bunlar müdafiə nazirinin sabiq müavini-Əlahiddə Ümumqoşun ordunun eks-komandanı general-polkovnik Kərəm Mustafayev və onun müavini işləmiş general-mayor Rəhim Cəfərovdur.

Generalların Ceyhunun komandiri olmuş polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin işi üzrə ifadə vermələri istənilir. Bu barədə vəsatəti sözügedən şəxslərin vəkilləri qaldırıblar.

Fotoda: Rəhim Cəfərov

Müdafiə tərəfi hesab edir ki, K.Mustafayev və müavini də şahid kimi hakim qarşısına çıxmalıdır. Vəsatətdən məlum olub ki, general-polkovnik Kərəm Mustafayev bu cinayətə görə Respublika Hərbi Prokurorluğunda iki gün dindirilib.

Bu yerdə qeyd edək ki, həmin vaxtlarda bu barədə saytımızda məlumat vermişdik. Amma K.Mustafayevin nəyə görə prokurorluğa çağırıldığı bilinmirdi. Bu gün onun söhbət gedən cinayətə görə sorğu-sual edildiyi təsdiqini tapıb.

Məhkəmə Kərəm Mustafayevin məhkəməyə çağırılması məsələsini hələ ki, açıq saxlayıb, Rəhim Cəfərovun dindirilməsi ilə bağlı vəsatət isə təmin edilib. General növbəti iclaslarda hakim qarşısında dayanacaq.

Qeyd edək ki, Kərəm Mustafayev elə bu hadisədən bir müddət sonra vəzifəsindən azad edilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri