Kərim Benzema Səudiyyə Ərəbistanında skandal yaratdı: “Sən kimsən?”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan ayrılaraq əzəli rəqib “Əl-Hilal”a transfer olan Kərim Benzema böyük etirazla qarşılanıb. Klubun əfsanəvi simalarından olan Məhəmməd Nur fransalı ulduzun bu qərarını sərt tənqid edərək, onu azarkeşlərin dəstəyinə hörmətsizlik etməkdə ittiham edib.
İdman.Biz xəbər verir ki, “Dawrina Gher” proqramında çıxış edən Məhəmməd Nur Kərim Benzemanın komandadakı performansını və gedişini “rəzalət” adlandırıb. O, fransalının ilk mövsümdə heç bir fayda vermədiyini, buna baxmayaraq azarkeşlərin ona sahib çıxdığını bildirib.
“Benzema gəldiyi ilk mövsümdə nə etdi? Heç nə. Növbəti mövsümdə isə hər şeyi alt-üst etdi. Onu kim dəstəklədi? Təbii ki, azarkeşlər. “Əl-İttihad” forması ilə 5-6 penaltini vura bilmədi. Bütün bunlardan sonra mövsümün ortasında çıxıb, “bu komanda üçün artıq oynamaq istəmirəm”, - deyir. Sən kimsən? Karyerana hörmətim var, amma Kriştiano Ronaldodan nəyin artıqdır? Onunla belə müqayisə oluna bilməzsən. Sən heç kimsən”, - deyə Nur Kərim sərt şəkildə etiraz edib.
Qeyd edək ki, son çempion “Əl-İttihad”ın hazırda turnir cədvəlində altıncı pillədə qərarlaşması və zirvə yarışından uzaqlaşması fonunda ulduz futbolçunun birbaşa rəqib kluba keçməsi camiədə xəyanət kimi qiymətləndirilib.
Baxış sayı:145
Bu xəbər 05 Fevral 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















