Kərim onu toyda döyənlərlə barışdı VİDEO Yeni Çağ Media
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Kərim Abbasov ötən ilin sentyabrında iştirak etdiyi məclislərin birində fonoqram oxuduğu üçün dalaşdığı şəxslərlə barışıb.
Yenicag.az ATV-yə istinadən xəbər verir ki, bu barədə ifaçı verilişlərin birində deyib.
“O söhbət bağlandı, barışıq oldu. Gəldilər və danışdıq, razılıq əldə olundu. Elə kəlmələr var ki, onlar mənə yaraşmır. Dava ola bilər, bir nəfərə təpik, birinə də yumruq dəyə bilər. Amma döyülmək məsələsi olmayıb və ola da bilməz”, – deyə sənətçi bildirib.
Qeyd edək ki, Kərim ötən il verilişlərin birində həmin şəxsləri bağışlamağa hazır olduğunu bildirmişdi. O, bunun səbəbini isə belə izah etmişdi:
“Baxmayaraq ki, toyda istifadə etdiyim qulaq cihazı və səs aparatım qırılıb, paltarlarım cırılıb, barmağım sınıb, amma onların həbs olunmasını istəmirəm. Çünki hərəsinə bir cəza verəcəklər, onların balalarının gözünü yolda qoymaq istəmirəm”.
Ətraflı süjetdə:
www.yenicag.az
Baxış sayı:103
Bu xəbər 09 Yanvar 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















