Kərim Vəliyev İstanbul və Konyadakı beynəlxalq hərbi təlimləri izləyəcək
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə səfərə gedib.
Redaktor.az xəbər verir ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb.
Səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə İstanbul şəhərində “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləməsi, sonra isə Konya şəhərində “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirakı planlaşdırılıb.
Qeyd edək ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşü də nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 26 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















