Kərkükdə zəncirvari qəza: 6 ölü, 27 yaralı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
İraqın türkmanların kompakt yaşadığı Kərkük şəhərinin şimalında 24 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində altı nəfər ölüb, 27 nəfər xəsarət alıb.
Axar.az İNA-ya istinadən xəbər verir ki, betonqarışdıran maşın idarəetmədən çıxaraq hərəkətdə olan və park edilmiş avtomobillərə çırpılıb.
Kərkük Səhiyyə İdarəsinin açıqlamasına görə, hadisə nəticəsində altı nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Kərkük Mülki Müdafiə İdarəsi isə hadisənin 24 avtomobilin iştirakı ilə baş verdiyini açıqlayıb. Kərkük vilayət administrasiyası hadisə ilə əlaqədar aprelin 28-ni milli matəm günü elan edib.
Olayla bağlı müvafiq qurumlar tərəfindən araşdırma başladılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Aprel 2026 01:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















