Kerrik “Mançester Yunayted”lə 2028 ci ilə qədər müqavilə imzalayacaq
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
“Mançester Yunayted” klubunun baş məşqçisi Maykl Kerrik ”Qırmızı şeytanlar”la 2028-ci ilə qədər davam edən və əlavə bir mövsüm imkanını nəzərdə tutan yeni müqavilə imzalayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist, insayder Fabritsio Romano “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Daha əvvəl jurnalist Ben Ceykobs da müqavilənin müddəti ilə bağlı danışıqların davam etdiyini və variantlardan birinin “2+1” sxemi olduğunu bildirmişdi.
Qeyd edək ki, Kerrik yanvarın 13-də “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə təyin olunub. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. 44 yaşlı mütəxəssisin rəhbərliyi altında “mankunianlılar” İngiltərə Premyer Liqasında 15 oyundan 10-da qalib gələrək Çempionlar Liqasına vəsiqə qazanıblar.
Bu mövzuda digər xəbərlər:Kerrik baş məşqçi təyinatı ilə bağlı “Mançester Yunayted”lə danışıqları gözləyir
04 May 2026 18:56
Mançester Yunayted in Kerrik qərarı
14 May 2026 12:29
Kerrik “Mançester Yunayted”də qalır
22 May 2026 14:30
Eriksen Mançester Yunayted lə vidalaşır
26 May 2025 08:09
Yuventus Mançester Yunayted lə anlaşdı
04 İyul 2025 21:54
Baxış sayı:137
Bu xəbər 16 May 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















