Kerrik “Sabah”la oyundan danışdı
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik UEFA Çempionlar Liqasında “Sabah”la keçiriləcək oyun haqda danışıb.
QOL.az xəbər verir ki, ingiltərəli mütəxəssis komandasının qarşıdakı sıx oyun qrafikini dəyərləndirib. “Yunayted” cümə axşamı “Old Trafford”da “Sabah”ı qəbul edəcək, daha sonra isə “Mançester Siti” ilə derbiyə çıxacaq.
QOL.az “MY”nin saytına istinadən xəbər verir ki, Kerrik deyib: “Cümə axşamı tamamilə fərqli oyun olacaq ("Sabah"la matç nəzərdə tutulur - red.), bazar günü isə bizi yenə tamam başqa oyun gözləyir. Düşünürəm ki, bu gün gələcək üçün istifadə edə biləcəyimiz çoxlu yaxşı məqamlar oldu. “Hall Siti” ilə oyunda yaxşı məqamlar var idi, “İpsviç”lə görüşdə də belə idi və bu gün “Everton”la matçda (2;2) də müsbət şeylər gördük. Eyni zamanda, yaxşılaşdırmalı olduğumuz məqamlar da var. İşimiz davam edir. Cümə axşamına hazırlaşacağıq”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun “Mançester Yunayted” – “Sabah” görüşü sentyabrın 10-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 Sentyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















