Icma.az
close
up
RU
KESAR əməliyyatı nə zaman tətbiq olunur? Göstərişlər

KESAR əməliyyatı nə zaman tətbiq olunur? Göstərişlər

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Hazırda bəzi hamilə qadınlar buna heç bir ciddi səbəb olmadan təbii doğuşdan imtina edərək, qeysəriyyə kəsiyi (el arasında "kesar") əməliyyatını seçirlər.

Bu çox səhv yanaşmadır.

Bütün digər cərrahiyyə əməliyyatlarında olduğu kimi, qeysəriyyə kəsiyi əməliyyatı da yalnız buna ciddi göstərişlər olduğu halda tətbiq edələ bilər (yəni vaginal doğuş mümkün deyil və ya ana və uşaq üçün təhlükəlidir).

Saglamolun.az bildirir ki, qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq və nisbi göstərişlər var.

Mütləq göstərişlər arasında:

- Kliniki dar çanaq (qadının canağın dar olması). Bu halda doğuş zamanı uşağın başı ananın çanağından keçə bilmir. Nəzərinizə çatdıraq ki, hamiləlik zamanı bu patologiyanı qadına nəzarət edən ginekoloq bəzi müayinələr və USM zamanı aşkar edə bilər. Əgər siz incə bədən quruluşuna maliksinizsə, bu heç də o demək deyil ki, sizdə bu patologiya var. Mama-ginekoloqların normal və dar çanağın dəqiq meyarları var.

Qadında bu patologiya aşkar olunduqda vaginal doğuş mümkünsüz sayılır və qadına qeysəriyyə kəsiyi əməliyyatı təyin olunur.

- Əgər qadının doğuş yollarında təbii doğuşa mane olan hər hansı maneələr (uşaqlıq boynuna yaxın yerləşən mioma, şiş və s.) varsa. Belə maneələr USM zamanı aşkar olunur və həkim bunlara əsaslanaraq qeysəriyyə kəsiyi əməliyyatını təyin edir.

- Uşağa doğuş yollarından keçmək üçün mane olan ananın çanaq sümüklərinin deformasiyaları.

- Uşaqlığın yırtılması riski də qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Belə vəziyyət ilk doğuş qeysəriyyə kəsiyi əməliyyatının köməyi ilə həyata keçirdikdə növbəti doğuş zamanı inkişaf edə bilər. Qeysriyyə əməliyyatından sonra uşaqlığın üzərində çapıq qalır. Bu çapığın normal sağalması zamanı növbəti hamiləlikdə uşaqlığın yırtılması riski olmur. Lakin bəzən çapıq normal sağalmır və bu halda belə risk əmələ gəlir. USM-də çapığın eni 3 mm-dən az təyin olunur, onun qıraqları düz olmur. Mama-ginekoloq hamiləlik zamanı çapığın vəziyyətini USM vasitəsilə bir neçə dəfə qiymətləndirir və uşaqlığın yırtılması riski aşkar etdikdə qeysəriyyə kəsiyi haqqında qərar verir.

- Ciftin uşaqlıq boynuna yaxın yerdə yerləşməsi və ciftin vaxtından tez qopması da qeysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş sayılır.

Normada cift uşaqlığın ön və ya arxa divarında yerləşməlidir. Lakin bəzən cift uşaqlıq boynuna yaxın yerdə yerləşir ki, bu zaman uşaqlıqdan çıxış uşaq üçün bağlı olur. Bu vəziyyət qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Bu vəziyyət hamiləliyin əvvəlindən USM zamanı təyin olunur və əməliyyat əksər hallarda hamiləliyin 38-ci həftəsində keçirilir. Bəzən qadında qanlı ifrazatlar olduqda (bu ciftin qopmasına işarə edir) əməliyyat daha tez keçirilə bilər.

Cift normada uşaqlığın divarından uşaq doğulduqdan sonra aralanır. Lakin bəzən müxtəlif səbəblərə görə cift doğuşdan qabaq uşaqlığın divarından qopmağa başlayır.

Bu vəziyyət qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Məsələ burasındadır ki, ananın bətnində olan uşaq oksigeni ananın qanından alır. Ciftin qopması dölün nəfəsalmasını mümkünsüz edir və bu halda təcili qeysəriyyə kəsiyi əməliyyatını təyin olunur.

Bundan əlavə ciftin qopması ananın həyatı üçün də təhlükə yaradır ki, bu zaman güclü qanaxma inkişaf edir.

Sadaladığımız hallar qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstərişlər sayılır. Mütləq göstərişlərdən əlavə nisbi göstərişlər də var.

Nisbi göstərişlər o deməkdir ki, fiziki olaraq vaginal doğuş mümkündür, lakin belə doğuş ananın və ya körpənin sağlamlığı və hətta həyatı üçün təhlükəlidir.

Belə nisbi göstərişləri arasında:

- Qadında olan ürək-damar sistemi, böyrəklər, sinir sistemi xəstəlikləri və patologiyaları, göz dibində dəyişikliklərlə müşayiət olunan yüksək dərəcəli miopiya (yaxınıgörmə), şəkərli diabet (ağır formada), istənilən xərçəng xəstəlikləri və bəzi digər xəstəliklər.

- Anada cinsiyyət yollarının xroniki xəstəlikləri (məsələn, genital herpes). Bu halda vaginal doğuş zamanı xəstəlik anadan uşağa keçə bilər.

- Bəzi hamiləlik ağırlaşmaları, ilk növbədə hestoz. Hestoz yalnız hamiləlik zamanı inkişaf edən və qadın orqanizminin ürək-damar və sinir sistemində ağır pozulmaları yaradan vəziyyətdir. Hestoz həm ana, həm də uşaq üçün təhlükəlidir.

- Doğuş fəaliyyətinin zəif olması. Bu zaman doğuş çox uzun çəkir, uşaq doğulmağa "tələsmir", dərman preparatların istifadəsi lazım olan nəticə vermir. Bu halda körpənin vəziyyəti pişləşdikdə (ürək döyünməsi zəifləyir və s.), təcili qeysəriyyə kəsiyi əməliyyatı tətbiq oluna bilər.

- Qadının yaşı qeysəriyyə kəsiyi üçün göstəriş sayılmır. Lakin əgər qadının yaşı 35-dən çoxdursa və eyni zamanda qadında hər hansı patologiya varsa, bu halda qeysəriyyə kəsiyi əməliyyatı tətbiq oluna bilər.

- Dölün ana bətnində köndələn yerləşməsi və ya sağrı gəlişi.

- Dölün çox iri (4 kq-dan yuxarı) olması və anada patologiyanın olması.

- Dölün hipoksiyası (oksigen çatışmazlığı). Dölün kəskin hipoksiyası doğuş zamanı inkişaf edir. Bu zaman dölün ürək döyüntüsü kəskin zəifləyir və bərpa olunmur. Bu halda qeysəriyyə kəsiyi əməliyyatı üşaq üçün daha təhlükəsiz sayılır.

- Bəzən eyni qadında bir neçə belə nisbi göstərişlər olur (məsələn, iri döl + dölün sağrı gəlişi; uşaqlığın üzərində çapıq + ananın yaşı və s.).

Hər bir konkret halda doğuşun üsulu ilə (vaginal doğuş və ya qeysəriyyə kəsiyi əməliyyatı) bağlı olan qərar həkim verməlidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri