Icma.az
close
up
RU
Kəşfiyyat: Moskva vilayətində “Koltsevoy” yanacaq kəmərini məhv edilib

Kəşfiyyat: Moskva vilayətində “Koltsevoy” yanacaq kəmərini məhv edilib

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) uğurlu əməliyyat keçirib, nəticədə Moskva vilayətində yerləşən “Koltsevoy” adlı neft məhsulları kəmərinin üç xətti məhv edilib.

Bizimyol.info xəbər verir ki, kəşfiyyat idarəsinin məlumatına görə, 31 oktyabr 2025-ci ildə keçirilən xüsusi əməliyyat zamanı Rusiya Federasiyasına məxsus mühüm hərbi obyekt sıradan çıxarılıb. “Koltsevoy” neft məhsulları kəməri Rusiya ordusuna Ukraynaya qarşı aparılan müharibə üçün yanacaq təminatında əsas rol oynayırdı.

Məlumatda bildirilir ki, zərbə Moskva vilayətinin Ramensk rayonundakı ərazidə endirilib.

“Dron əleyhinə tor və obyektin silahlı mühafizəsi kəməri xilas edə bilmədi — aqressorun benzin, dizel və aviasiya yanacağı daşıdığı üç xəttin hamısı eyni anda partladıldı. Nəticədə neft məhsulları kəməri tamamilə sıradan çıxıb,” – deyə BKİ-nin məlumatında qeyd olunur.

Kəşfiyyat nümayəndələri həmçinin partlayış anını əks etdirən video görüntülər yayıblar.

“Koltsevoy” magistral neft məhsulları kəmərinin uzunluğu təxminən 400 kilometrdir. O, Ryazan, Nijni Novqorod və Moskva neft emalı zavodlarından yanacaq qəbul edirdi. Kəmər hər il 3 milyon ton aviasiya yanacağı, 2,8 milyon ton dizel, və 1,6 milyon ton benzin ötürmək gücünə malik idi.

Eyni gün — 31 oktyabrda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri də “Neptun” raketləri ilə Rusiya ərazisində yerləşən "Orlov TETs" və "Novobryansk" yarımstansiyasına zərbələr endirdiklərini bildirib. Bu obyektlər də Rusiyanın hərbi sənaye müəssisələrinin fəaliyyətində mühüm rol oynayır.

Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasıl Malyuk jurnalistlərə açıqlamasında bildirib ki, müdafiə qüvvələri Rusiyada “Oryeşnik” raket komplekslərindən birini məhv edib. Onun sözlərinə görə, bu məlumat daha əvvəl açıqlanmasa da, “Kapyustin Yar” poliqonunda yerləşən üç “Oryeşnik”dən birinin BKİ, USQ və Xarici Kəşfiyyat Xidmətinin birgə əməliyyatı ilə məhv edildiyi dəqiq təsdiqlənib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri