Icma.az
close
up
RU
Kəsilən müəllimlərin əksəriyyəti kollec məzunudur MÜSAHİBƏ

Kəsilən müəllimlərin əksəriyyəti kollec məzunudur MÜSAHİBƏ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Fevralın 28-dən martın 19-na qədər fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin Bakı və Abşeron-Xızı Regional İdarələr üzrə müəllimlərin attestasiyası keçirilib. İmtahanda 1700 nəfərə yaxın müəllim iştirak edib. Komissiya üzvlərindən olan professor, əməkdar müəllim Məmməd Quliyev fortepiano müəllimləri üzrə komissiyanın sədri olub.

Məmməd Quliyev imtahanla bağlı Modern.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası prosesini necə qiymətləndirirsiniz? Proses necə keçdi?

- Attestasiya prosesinin başlanması və həyata keçirilməsini dəstəkləyirəm. Musiqi və incəsənət məktəblərində 90-ı illərdə mövcud olmuş və qeyri-qanuni fəaliyyət göstərən “orta və ali təhsil” müəssisələrinin məzunu olmuş yüzlərlə saxta diplomlu müəllimlər var attestasiya nəticəsində həmin müəllimlər öz bilik və bacarıqlarına uyğun qiymətləndiriliblər. Bildirmək istəyirəm ki komissiya üzvlərinin hər biri öz sahəsi üzrə peşkar şəxslərdən ibarət idi. Düşünürəm ki, bütün proses şəffaf və aydın həyata keçirilmişdir.

- Attestasiyada daha çox müşahidə etdiyiniz məqamlar nələrdən ibarət idi? Ümumiyyətlə, bu attestasiyaya zərurət var idi? 

- Bu prosesinin başladılması çox vacib idi. İcra olunan proses tamamilə kamera nəzarəti altında həyata keçirilmişdi. Bu da şəfafflığın təməli idi. Nəticələr ədalətli şəkildə verilmişdir. Bir sıra məktəblərimiz (Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi, 2 nömrəli Rəşid Behbudov adına OMM) var ki, bu məktəblərin müəllimlərinin böyük əksəriyyəti attestasiyanı uğurla başa vurublar. Həmçinin attestasiya zamanı bəlli oldu ki, uyğun nəticə göstərə bilməyən müəllimlərin 86 faizi orta ixtisas müəssisələrinin məzunlarıdır və 135 nəfəri vaxtilə Asəf Zeynallı adına adlandırılan Bakı Musiqi kolleci, 165 nəfəri isə Sumqayıt Musiqi kollecinin məzunlarıdır.

Bəzi müəllimlərin sahəsi üzrə təməl sualları düzgün cavalandırmaması heç ürək açan deyildi. Lakin attestasiyada iştirak edən yaşı 60-dən yuxarı müəllimlərimizin böyük əksəriyyəti uyğun dəyərləndirilib. Bakı, həm Sumqayıt, həm də Abşeronda də fəaliyyət göstərən elə məktəblər var ki, burada çalışan və attestasiyada iştirak edən müəllimlərin təxminən 50 faizi uyğun olmayıb.Attestasiyanın bir neçə ildən bir yenidən keçirilməsini tövsiyyə edirəm.

- Attestasiyanın nəticələrinə əsasən uyğun olmayan müəllimlərə nə tövsiyə edərdiniz?

- Müəllimlər öz peşələrinə daha məsuliyyətli yanaşmalı, davamlı öz üzərində işləməlidilər. Attestasiya nəticəsindən asılı olmayaraq hər bir müəllim davamlı biliklərini təkmilləşdirməlidir. Müasir yanaşmalar, effektiv metodikalara yiyələnməlidirlər. Bu attestasiya prosesi müəllimlərə bir şans oldu ki öz bilik və bacarıqlarını dəyərləndirib təkminləşdirsinlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri