Keşiş Qalstanyan saxlanıldı
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Baqrat Qalstanyan evində aparılan axtarışlardan sonra Ermənistan MTX tərəfindən saxlanılıb.
Milli.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
"Sünnət olunmadığımı Qareginə sübut edə bilərəm"
Komitənin məlumatına görə, polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Qalstanyanın evində axtarış aparıblar.
Axtarışlardan sonra o, MTX tərəfindən saxlanılıb.
Bundan başqa, Daşnaksütyun Partiyasının ali orqanının üzvü İqor Sərkisyan, partiyanın Abovyan təşkilatının üzvü Vardan Avakyan və Noyemberyan təşkilatının üzvü Varazdat Amirakyanın da evlərində axtarışlar aparılıb.
Qeyd edək ki, Ermənistanda "Müqəddəs mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 İyun 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















