Icma.az
close
up
RU
Kəskin pankreatitdə yüksəkdozalı vitamin C sağalmanmı sürətləndirir

Kəskin pankreatitdə yüksəkdozalı vitamin C sağalmanmı sürətləndirir

Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.


Kəskin pankreatit: yüksəkdozalı vitamin C-nin infuziyaları vitamin C defisitinin kompensasiyası üçün vacibdir, həmçinin sağalmanı sürətləndirir.


Medicina.az xəbər verir ki. bu barədə Çinli alimlər elmi araşdırma aparıblar.

(2003) https://pubmed.ncbi.nlm.nih.gov/14606098/

D-r Wei-Dong Du, cərrahiyə şöbəsi, Xuadonq hospitalı, Şanxay, 200040, (China)nun apardığı tədqiqatda:

D-r Du kolleqaları ilə birlikdə randomizəolunmuş kontrol tədqiqat çərçivəsində 25-71 yaş arası 84 nəfər (53 kişi, 31 qadın) kəskin pankreatitli pasiyentdə yüksəkdozalı vitamin C infuziyasının təsirini öyrənmişlər. Müqayisə yüksək doza qəbul edən eksperimental qrupla (40 pasiyent—gündəlik 10 qram vit. C) daha az doza qəbul edən kontrol qrup (44 pasiyent—gündəlik 1 qram vit. C) arasında aparılmışdır.

Hər iki qrupda vitamin C 5 gün ardıcıl venadaxili yeridilmişdir. Qiymətləndirmə aşağıdakı parametrlərə görə aparılmışdır: kliniki simptomların inkişafı, hospitalizasiya müddəti, fəsadlaşma faizi və ölüm səviyyəsi, laborator analizlərin göstəriciləri---vitamin C-nin səviyyəsi, amilaza, sitokin və iltihab markerləri (SIL-2R, TNF-α, IL-6, IL-8, CRP), immun sisteminin vəziyyəti (CD3, CD4, CD4/CD8) və antioksidant aktivliyinin göstəriciləri. Bunun üçün tədqiqatçılar bu göstəriciləri 40 sağlam müayinə olunanın göstəricisi ilə müqayisə etmişlər.

Nəticələr:

Sitokinlərin yüksək səviyyəsi və oksidativ stress kəskin pankreatitli pasiyentlər üçün xarakterikdir. Bu qrup pasiyentlərdə plazmada vitamin C-nin səviyyəsi və antioksidantların aktivliyi xeyli azalmışdır. Bu həmçinin hüceyrə immunitetinə də aiddir. Bu patoloji dəyişikliklər ağır formalı pankreatitli xəstələrdə yüngül formalı xəstələrə nisbətən daha nəzərəçarpandır.

Kəskin pankreatitli eksperimental (10 q vit. C) və kontrol (1 q vit. C) qruplarda müqayisə göstərmişdir ki, yüksəkdozalı terapiya alan qrupda 5 gündən sonra sağalanların sayı xeyli artmışdır (41 qarşı 75%), həmçinin daha az fəsadların olması müşahidə edilmişdir. Hospitalizasiya müddəti 13 gündən 9 günədək azalmışdır.

5 günlük terapiyadan sonra 10 qram vit. C alan qrupda plazmada vitamin C-nin səviyyəsi 1 qram alan qrupdan xeyli yüksəkdir(45,21 µM-ə qarşı 53,25 µM ); lakin yüksəkdozalı qrupda və plazmada vitamin C-nin səviyyəsi kontrol qrupdakı səviyyədən (55,12 µM) fərqlidir və optimal səviyyə kimi qəbul edilmiş səviyyədən (60 – 80 µM) aşağıdır. Digər antioksidantların səviyyəsi də 10 qram vitamin C qəbulu fonunda artmışdır.

Kliniki simptomlar (yüksək hərarət, qusma) və analiz göstəriciləri (qan və sidikdə amilaza, leykositlərin miqdarı) yüksəkdozalı terapiya alan qrupda daha tez normallaşmışdır (məs., hərarət 24 saat tez aşağı düşmüşdür)

Hər iki qrupda sitokinlərin səviyyəsinin xeyli azalması müşahidə edilmişdir. Yüksəkdozalı vit. C ilə terapiya alan qrupda effekt daha nəzərəçarpandır (məs., IL-6 –nın səviyyəsi iki dəfə artıq azalmışdır, TNF-α əlavə olaraq 40 % azalmışdır).

Hüceyrə immun cavabı hər iki qrupda yaxşılaşıb. Lakin ağır vəziyyətdə olan kəskin pankretitli xəstələrdə yüksəkdozalı terapiya daha faydalı olmuşdur .

Xülasə: Yalnız yüksəkdozalı terapiya vit. C-nin təxmini fizioloji səviyyəsini əldə etməyə imkan vermişdir. Bir çox kliniki simptomlar yüksəkdozalı vit. C terapiyasından sonra daha tez normallaşmışdılar, terapiya başlayandan 5 gündən sonra tam sağalmışların faizi isə 2 dəfə çoxdur (xəstəxanada qalma müddəti 3 dəfə azalıb).

AYGÜN M.

MEDİCİNA.AZ


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 27 Yanvar 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri