Icma.az
close
up
RU
Kəskin respirator virus infeksiyaları geniş yayılıb Həkimdən XƏBƏRDARLIQ

Kəskin respirator virus infeksiyaları geniş yayılıb Həkimdən XƏBƏRDARLIQ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Artıq payız fəslindəyik, amma havanın dəyişkənliyi bir qədər qarışıqlıq yaradır. Gözlənildiyi kimi, payızın soyuq və rütubətli günlərini yaşamağımıza baxmayaraq, bəzi günlər hələ də yaz fəslini xatırladan isti hava müşahidə olunur. Sanki təbiət öz ritmini itirib və gün ərzində temperatur tez-tez dəyişir.

Bəs belə hava immunitetimizə necə təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, havaların birdən-birə isti və soyuq arasında dəyişməsi təbii ki, hava-damcı yolu ilə yayılan infeksiyaların artmasına şərait yaradır:

"Son dövrlərdə virus infeksiyalarının havaların soyuması ilə əlaqədar aktivləşdiyi müşahidə olunur. Xüsusilə yuxarı tənəffüs yollarının virus infeksiyaları, həmçinin kəskin respirator virus infeksiyaları geniş yayılıb. Bu infeksiyalar vaxtında müalicə olunmadıqda, xüsusilə immuniteti zəif olan insanlarda ciddi ağırlaşmalara yol aça bilər. Belə ağırlaşmalar arasında pnevmoniya, otit, haymorit, burun ətrafı ciblərin iltihabı, sinuzit və digər ciddi xəstəliklər yer alır. İnsanların gigiyena qaydalarına ciddi riayət etməsi vacibdir. Xüsusilə, kütləvi toplantı yerlərində uzun müddət qalmaqdan çəkinmək, açıq havada daha çox vaxt keçirmək, virusla yoluxmuş şəxslərdən uzaq durmaq, qoruyucu vasitələrdən istifadə etmək və əllərin gigiyenasına diqqət yetirmək infeksiyaların qarşısını almaqda əsas tədbirlərdir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri