Kevin Medina: Həm Nyukasl , həm də PSJ çox yüksək səviyyəli komandalardır
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Dünənki oyunun nəticəsi bizim üçün yaxşı olmadı. Amma sevinirik ki, klubun tarixində Çempionlar Liqasında kifayət qədər xal qazandıq, tarixi nəticə əldə etdik və pley-offa yüksəldik. İndi isə yolumuza davam etməliyik". Sport24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina deyib.
Kolumbiyalı müdafiəçi komandasının pley-offdakı potensial rəqiblər barədə fikirlərini bölüşüb:
"Pley-off mərhələsindəki rəqibimizi gözləyirik. Həm "Nyukasl", həm də PSJ çox yüksək səviyyəli komandalardır. Püşkatmadan sonra rəqiblərimiz haqda daha konkret danışa biləcəyik. Futbolda hər cür nəticə qeydə alına bilər. Biz eyni zamanda çempionat matçlarına köklənməliyik".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ"ın pley-offda potensial rəqibləri İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu olacaq. Bu raundun püşkü sabah atılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















