Icma.az
close
up
RU
Keyfiyyət informasiya sistemi vasitəsilə sertifikatların verilməsi ilə bağlı görüş olub

Keyfiyyət informasiya sistemi vasitəsilə sertifikatların verilməsi ilə bağlı görüş olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulunun istifadəsi və funksionallığı ilə bağlı maarifləndirici görüş keçirilib. Görüşdə ölçmə vasitələrinin kalibrlənməsini həyata keçirən 13 kalibrləmə laboratoriyasının 20-yə yaxın nümayəndəsi iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə qurumun Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev açılış nitqi ilə çıxış edib.

Qeyd edib ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən, ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətini həyata keçirən kalibrləmə laboratoriyaları uyğunluğu qiymətləndirən qurum hesab olunur. Bu səbəbdən akkreditasiya nişanından istifadə hüququnun əldə edilməsi məqsədilə həmin laboratoriyaların akkreditasiyadan keçməsi zəruridir. Həmçinin Keyfiyyət informasiya sistemi vasitəsilə hər hansı bir fəaliyyətin həyata keçirilməsi üçün kalibrləmə laboratoriyalarının mütləq şəkildə akkreditə edilmiş olmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbir zamanı uyğunluğu qiymətləndirən qurumlar, o cümlədən akkreditasiya edilmiş kalibrləmə laboratoriyaları tərəfindən təqdim olunan sənədlərin elektron qaydada yaradılması məqsədilə Agentliyin Keyfiyyət informasiya sistemində (e-keyfiyyet.gov.az) “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulunun istifadəyə verildiyi qeyd olunub. Bildirilib ki, kalibrləmə laboratoriyaları asan imza və ya elektron imzadan istifadə etməklə sözügedən modul vasitəsilə fəaliyyətin nəticəsinə dair sifarişçilərə təqdim olunan kalibrlənmə sertifikatını elektron qaydada yaradır. Modul vasitəsilə elektron formada yaradılan sənədlər üzərində eyniləşdirmənin aparılmasına imkan verən QR kodlarla təqdim edildiyindən sənədlərin tanınması vətəndaşların müvafiq qurumlara etimadının artırılmasına xidmət edir. Yeni modulun tətbiqi qurumların qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə və akkreditasiya sahəsində qüvvədə olan tələblərin pozulmasının qarşısının alınmasına töhfə verməklə yanaşı, xidmətlərin göstərilməsi zamanı şəffaflığı da təmin edir.

Daha sonra praktiki nümunələr əsasında “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulundan istifadə qaydaları izah olunub və iştirakçıların sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri