Keyfiyyətli tamaşa olsa, tamaşaçı özü gələcək Yusif Eyvazov
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Azərbaycanın tanınmış opera müğənnisi, dramatik tenor, Xalq artisti Yusif Eyvazov Live Stream FM-ə müsahibəsində həyat yolu, yaradıcılığı və Azərbaycan operasının inkişaf perspektivləri barədə danışıb.
Modern.az xəbər verir ki, sənətçi Əlcəzairdə dünyaya gəlsə də, uşaqlıq və gənclik illəri Bakıda keçib. Musiqiçi ailəsində böyümədiyini deyən sənətçi əvvəlcə estrada janrına maraq göstərdiyini, lakin sonradan opera sənətinə yönəldiyini vurğulayıb.
“İtaliya mənim ikinci vətənimdir”
“1997-ci ildə İtaliyaya getdim. Orada başa düşdüm ki, bu sənətlə ciddi məşğul olmaq istəyirəmsə, peşəkar yanaşmalıyam. 17 il İtaliyada yaşadım və bu ölkə mənim üçün ikinci vətənə çevrildi”, – deyə Eyvazov qeyd edib.
Dünyanın müxtəlif səhnələrində çıxış edən sənətçi tamaşaçı fərqlərindən də danışıb. Onun sözlərinə görə, İtaliya tamaşaçısı emosional və tələbkar, Almaniya və Avstriya tamaşaçısı isə daha intizamlıdır. Amerika və Asiya ölkələrində isə sənətçilərə xüsusi sevgi və hörmət göstərilir.
“Tamaşaçını inandırmaq üçün obrazı yaşamalısan”
Opera sənətində obraz yaratmağın incəliklərinə toxunan Yusif Eyvazov qeyd edib ki, əsas məqsəd tamaşaçını inandırmaqdır: “Sən obrazı özün kimi yox, o insanın yerində olsaydın nə edərdin prinsipi ilə yaşamalısan”.
O həmçinin bildirib ki, sənətkar üçün əsas çətinlik zirvəyə çatmaq deyil, həmin səviyyəni qoruyub saxlamaqdır: “Hər dəfə səhnəyə çıxanda sübut etməlisən ki, bu ada layiqsən”.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru kimi fəaliyyətindən də danışan Eyvazov ölkədə operaya marağın artdığını vurğulayıb. Onun sözlərinə görə, tamaşaçı cəlb etmək üçün ilk növbədə keyfiyyətli səhnə əsərləri təqdim olunmalıdır.
“Əgər tamaşa keyfiyyətlidirsə, tamaşaçı özü gələcək və başqalarını da gətirəcək”, – deyə o əlavə edib.
Sonda sənətçi izləyicilərə mesaj ünvanlayıb:
“Hansı işlə məşğul olursunuzsa olun, onu sevgi ilə edin. İnkişafın yeganə yolu budur”.
Modern.az Xalq artistinin müsahibəsini təqdim edir:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 05 Aprel 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















