Icma.az
close
up
RU
Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır Kamran Əsədov

Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır Kamran Əsədov

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Rəqəmlər göstərir ki, ölkədə illik qəbul planına uyğun olaraq 50 mindən çox tələbə ali məktəblərə qəbul olur, lakin onların yalnız təxminən 68 faizi məzun olduqdan sonra bir il ərzində ixtisasına uyğun iş tapa bilir. Bu, təhsil sisteminin əmək bazarı ilə əlaqəsinin zəif olmasının açıq sübutudur".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov ixtisaslar üzrə keyfiyyətli təhsil almaq mövzusundan danışarkən bildirdi.

"Təhsil keyfiyyətinə nəzər salanda görürük ki, bəzi ixtisaslar üzrə proqramlar köhnəlmiş, laborator baza və praktiki təlim imkanları zəifdir. Xüsusilə mühəndislik və texniki ixtisaslarda tələbələr müasir texnologiyalarla tanış olmadan universiteti bitirir, nəticədə real sektor onları işə qəbul etməyə maraq göstərmir. 2024-cü ilin statistikası göstərir ki, informasiya texnologiyaları sahəsində təhsil alanların iş tapma göstəricisi 82 faiz olduğu halda, pedaqoji ixtisaslarda bu rəqəm 55 faizdən yuxarı qalxmır. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu problemlə bağlı ciddi proqnoz və islahat planı ortaya qoymur".

Ekspertin sözlərinə görə, nazirliyin rəsmi hesabatlarında ixtisasların keyfiyyətinə dair dərin təhlillər, universitetlər üzrə müqayisəli göstəricilər demək olar ki, yoxdur:

"Bu isə valideyn və abituriyentləri faktiki olaraq “kor seçim” etməyə məcbur edir.

Dünya təcrübəsi göstərir ki, keyfiyyətli təhsil yalnız yaxşı müəllim və dərsliklə məhdudlaşmır. Almaniyada universitetlərin akkreditasiyası hər beş ildən bir aparılır və işəgötürənlər bu prosesin tərkib hissəsi kimi tədris proqramlarını qiymətləndirirlər. Sinqapurda isə hər bir ixtisas açılmamışdan əvvəl hökumət tərəfindən əmək bazarı araşdırılır və yalnız yaxın 10 ildə ehtiyac olan sahələr üçün qəbul planı təsdiqlənir. Azərbaycanda isə buna əks proses müşahidə olunur: hər il yeni ixtisaslar elan edilir, hətta bəzi universitetlərdə “populyar” sahələr üzrə yüzlərlə qəbul planı ayrılır, lakin bu ixtisasların nə tədris bazası, nə də təcrübə imkanları təmin olunur. Bu vəziyyət “diplomlu işsizlər ordusu” problemini daha da dərinləşdirir".

Müsahibimiz vurğuladı ki, son illərdə bəzi universitetlər, xüsusilə ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC-in bir neçə beynəlxalq proqramı keyfiyyət göstəricilərinə görə fərqlənir.

"Bu müəssisələrdə xarici mütəxəssislərin cəlbi, beynəlxalq akkreditasiya, xarici tərəfdaş universitetlərlə birgə proqramlar tələbələrə daha real bilik və bacarıqlar qazandırır. Lakin ölkənin ümumi ali təhsil mənzərəsi üçün bu istisnalar vəziyyəti xilas etmir. Məsələn, 2024-cü ildə hüquq ixtisası üzrə qəbul olan tələbələrin sayı 2500-dən çox olduğu halda, məzunların yalnız 40 faizi dövlət və özəl sektorda hüquqşünas kimi iş tapa bilib. Bu, universitetlərdə qəbul planlamasının əmək bazarına əsaslanmadığını açıq şəkildə göstərir.

Azərbaycanda ali təhsil haqqında qanunvericilikdə nəzərdə tutulmuş keyfiyyət təminatı mexanizmləri faktiki olaraq kağız üzərindədir. Qanunun 14-cü maddəsində dövlət orqanlarının vəzifəsi kimi “təhsil proqramlarının keyfiyyətinə nəzarət, monitorinq və proqnozlaşdırma” göstərilsə də, real nəticə yoxdur. Nazirlik təhsilin keyfiyyəti ilə bağlı statistik məlumatları ictimaiyyətlə bölüşmür, gələcək ixtisas tələbatına dair elmi əsaslandırılmış proqnozlar vermir. Bu boşluq nəticəsində valideynlər və abituriyentlər yalnız universitetin adına və keçmiş reputasiyasına əsaslanaraq seçim edir, keyfiyyət və iş imkanları barədə obyektiv məlumat əldə edə bilmirlər.

Dünya təcrübəsi göstərir ki, təhsil keyfiyyətini yüksəltmək üçün dövlət siyasəti konkret hədəflərə söykənməlidir: tədris proqramlarının əmək bazarına uyğun yenilənməsi, universitetlərdə müasir laboratoriya və təcrübə bazasının yaradılması, xarici akkreditasiyanın genişləndirilməsi və işəgötürənlərin tədris prosesinə cəlb olunması əsas şərtlərdir. Azərbaycanda isə bu istiqamətdə yalnız formal layihələr elan olunur, lakin onların icrası nəticəsiz qalır".

K.Əsədov bildirdi ki, Elm və Təhsil Nazirliyi ictimaiyyət qarşısında hesabatlı deyil, qəbul planlarının formalaşmasında və ixtisas keyfiyyətinin qiymətləndirilməsində şəffaflıq yoxdur.

"Bu vəziyyətdə dəyişməli olan əsas məsələ abituriyentlərin seçim imkanı deyil, onlara təqdim olunan keyfiyyətli seçimlərin mövcudluğudur. Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə və ixtisaslarda qəbul planları azaldılmalı, hətta bəzi hallarda dayandırılmalıdır. Nazirlik konkret proqnozlar verməli, 5-10 illik perspektivdə hansı sahələrdə işçi qüvvəsinə ehtiyacın olacağını elmi əsaslarla açıqlamalıdır. Əks halda, hər il minlərlə gənc diplom alacaq, amma onların böyük bir qismi əmək bazarında yer tapa bilməyəcək. Bu, sadəcə təhsil problemi deyil, ölkənin iqtisadi və sosial təhlükəsizliyinə birbaşa təhdiddir", - deyə o, qeyd etdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri