Icma.az
close
up
RU
Keyfiyyətli toxum yüksək məhsuldarlıq

Keyfiyyətli toxum yüksək məhsuldarlıq

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tərtər Təcrübə Stansiyası fermerləri keyfiyyətli sortlarla təmin edir

Torpağa səpilən dən gələcəyin çörəyinə, sabahın ruzisinə çevrilir. Aqrar sahədə məhsuldarlığın taleyi də toxum seçimində həll olunur. Normal aqrotexniki qulluq, düzgün gübrələmə və suvarma isə bolluğu təmin edir. Lakin yüksək reproduksiyalı toxum olmadan yüksək məhsuldarlıq mümkün deyil.

Qarabağ iqtisadi rayonunun mühüm kənd təsərrüfatı mərkəzlərindən biri olan Tərtərdə fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər bölgə təcrübə stansiyası bu istiqamətdə xüsusi rol oynayır. 1933-cü ildən fəaliyyət göstərən müəssisə 675 hektar əkinəyararlı torpaq sahəsində elmi əsaslara söykənən toxumçuluq fəaliyyəti həyata keçirir. Burada istehsal olunan original, super elit və elit buğda və arpa toxumları fermerlərə dövlət dəstəyi ilə, güzəştli qiymətlə təqdim olunur.

Stansiyanın fəaliyyəti sadəcə istehsalla məhdudlaşmır. Burada seleksiya işi aparılır, yeni sortlar yaradılır, iqlim dəyişikliklərinin məhsuldarlığa təsiri öyrənilir, xəstəliklərə davamlı və yüksək potensiallı növlər üzərində elmi araşdırmalar həyata keçirilir. Hər il 6 minə yaxın toxum sortu alimlərin nəzarətindən keçir. Növbəli əkin sistemi tətbiq olunur, torpaqların bir hissəsi dincə qoyularaq münbitlik qorunur.

Təcrübə stansiyasının üç əsas istiqaməti olan seleksiya, toxumçuluq və becərmə texnologiyası bir-birini tamamlayan zəncirin halqalarıdır. Becərmə texnologiyası şöbəsində tirəli və tirəsiz, gübrəli və gübrəsiz variantlarda sınaqlar aparılır, orqanik gübrələrin məhsuldarlığa təsiri müqayisə edilir. Məqsəd fermerə yalnız toxum təqdim etmək deyil, həm də ən optimal becərmə modelini formalaşdırmaqdır.

Ötən təsərrüfat ilində 360 hektar sahədə taxıl əkini aparılıb və 1152 ton məhsul əldə olunub. Bunun 650 tonu toxum kimi fermerlərə verilib. “Qırmızıgül-1”, “Murov-2”, “Əsgəran”, “Onur”, “Mətin”, “Tunc” buğda sortları, eləcə də “Qarabağ-22”, “Qarabağ-33”, “Dəyanətli”, “Günəş” kimi yerli arpa növləri yüksək məhsuldarlıq göstəriciləri ilə seçilib.

Rəqəmlər yüksək nəticələrdən xəbər verir. Bəyimsarov kəndində fəaliyyət göstərən fermer Fazil Vəliyev hər hektardan 55 sentnerə yaxın məhsul götürüb. Qaracğacı və Əksipara kəndlərində “Qarabağ-22” sortlu arpa əkən fermer İlkin Qurbanovun nəticəsi isə 50 sentnerdən yuxarı olub. Bu, düzgün seçilmiş toxumun və elmi yanaşmanın bəhrəsidir.

Stansiyada eyni zamanda susuzluğa və istiyə davamlı elit yonca toxumu da istehsal olunur. 2025-ci ilin məhsulu üçün 3950 kiloqram yüksək keyfiyyətli toxum əldə edilib. Cari mövsümdə 305 hektar sahədə payızlıq səpin aparılıb və aqrotexniki qulluq davam etdirilir.

Bu gün Tərtər təcrübə stansiyası aqrar elmin praktik nəticəyə çevrildiyi məkandır. Burada yetişdirilən toxumlar ölkənin müxtəlif bölgələrində çalışan təsərrüfat sahiblərinin də məhsuldarlığını artırır. Torpağın bərəkəti elmin gücü ilə birləşəndə nəticə daha aydın görünür. Keyfiyyətli toxum səpilən yerdə bol məhsul qaçılmazdır.

Vəli VƏLİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri