Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Keyn 100 ə çatdı və “böyük beşliy”in tarixinə düşdü!

Keyn 100 ə çatdı və “böyük beşliy”in tarixinə düşdü!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Mövsümə əla başlayan “Bavariya” tempi aşağı salmaq niyyətində deyil.
"Football-plus.az" xəbər verir ki, Münhen nəhənginin budəfəki qurbanı “Verder” oldu. Hər hissədə iki qol vuran “rekordmayster” növbəti darmadağını rəsmiləşdirdi. Komanda bu mövsüm bundesliqada yalnız bir oyunda 4-dən az qol vurub. “Bavariya” mövsümün startından bəri ardıcıl 8-ci rəsmi oyunda qalib gəldi (top fərqi – 30:7). Keyn bundesliqada yerinə yetirdiyi 18-ci penaltini də qola çevirməklə özünə məxsus rekordu bir qədər də yaxşılaşdırdı. O, bu turnirdə artıq 68 oyunda 72 dəfə fərqlənib və orta hesabla hər 79 dəqiqəyə bir qol vurur!
Şənbə gününün oyunları qonaq komandaların üstünlüyü şəraitində keçdi. “Bayer-04” böyük çətinliklə də olsa, “Sankt Pauli” səfərindən 3 xalla dönməyi bacardı. Dortmund “Borussiya”sı isə “Maynts-05”lə səfər oyununda ciddi problemlə üzləşmədi. Meydan sahiblərinin ikinci hissənin ortalarından etibarən azlıqda oynadığını da bildirək.
Yeri gəlmişkən, “arılar” ardıcıl 10-cu bundesliqa matçında fasiləyə üstün yollandılar! Bu, göstərici yeni rekord kimi turnirin tarixinə düşdü. “Leyptsiq” qələbələri sıralamaqda davam edir. “Öküzlər” bu dəfə çətin Volfsburq səfərindən 3 xalla dönməklə ardıcıl 4-cü qələbəni bayram etdilər. Təkcə bundesliqada yox, “böyük beşlik”də həftənin ən məhsuldar oyunu Mühnehqladbaxda baş tutdu. Son iki turda uduzan “Ayntraxt” bunun əvəzini səfərdə “Borussiya”dan çıxdı. Frankfurt təmsilçisi 47 dəqiqəyə 6 (!) qol vurmaqla rəqibi meydandan silib-süpürdü. Düzdü, vaxtından əvvəl arxayınlaşmaq komandaya baha başa gələ bilərdi. Amma 72-ci dəqiqədən başlayaraq vurulan 4 qol meydan sahibləri üçün sadəcə, təsəlli oldu. “Haydenhaym”ın bu tur mövsümdə ilk qələbəsini qazanması ilə “Borussiya” turnir cədvəlinin zirzəmisinə yollandı. “Ayntraxt”ın isə bu mükəmməl performansdan sonra növbəti tur “Bavariya” ilə oyununu səbirsizliklə gözləməyə dəyər.
Bazar günü keçirilən oyunlar çox da məhsuldar alınmadı. Frayburqdan 1 xalla dönən “Hoffenhaym” bu mövsüm səfərdə keçirdiyi 3-cü oyunda da uduzmadı. Paytaxt səfərindəki qolsuz heç-heçəni debütant “Hamburq”un hesabına yazmaq olar. Çünki meydan sahibləri oyunun gedişində penaltidən yararlana bilmədilər. Kölndə əzmkar qələbə qazanan “Ştutqart” isə 5-ci pilləyə yüksəldi.
5-cü tur
Bavariya – Verder 4:0

Ta, 22. Keyn, 45-p.; 65. Laymer, 87. (75000)
Bavariya: Noyer, Boe, Upamekano, Ta, Laymer, Bişof, Qoretska (Kimmix, 61), Olise (Karl, 78), Qnabri (Gerreyro, 61), Dias (Mayk, 84), Keyn (Cekson, 78).
Sankt Pauli – Bayer-04 1:2
Val, 32 – Tapsoba, 25. Poku, 58. (29000)
Bayer-04: Flekken, Tape (Vaskes, 56), Kuansa, Bade, Tapsoba, Qrimaldo, Qarsiya, Andrix (Fernandes, 46), Tillman (Hofmann, 75), Ben Segir (Poku, 56), Şik (Kofane, 89).
Maynts-05 – Borussiya D 0:2
Svensson, 27. Adeyemi, 40. (33305)
Borussiya: Kobel, Kouto (Ryuyerson, 69), Şlotterbek, Anton, Bensebayni, Svensson, F.Nmeça (Bellingem, 77), Zabitser (Qross, 77), Adeyemi (Çukvuemeka, 68), Brandt, Bayer (Fabio Silva, 87).
Borussiya M – Ayntraxt F 4:6
Kastrop, 72. Tabakoviç, 78. Engelhardt, 83. Ranos, 90+9 – Kox, 11; 47. Knauff, 15. Burkardt, 35. Çaibi, 39. Can Uzun, 45+1. (54042)
Ayntraxt: Kauan Santos, Kollins (Buta, 57), Kox, Teate, Braun, Çaibi, Knauff, Skiri, Doan (Höylunn, 71), Can Uzun (Götse, 57), Burkardt (Vahi, 71).
Volfsburq Leyptsiq 0:1
Bakayoko, 8. (23236)
Leyptsiq: Qulaçi, Baku, Orban, Lukeba, Raum, Zayvald, Uedraoqo (Banzuzi, 64), Baumqartner (Verner, 90+3), Bakayoko (Kampl, 90+3), Diomande (Nusa, 79), Romulo (Harder, 79).
Köln – Ştutqart 1:2
Kaminski, 4 – Demiroviç, 28-p. Vaqnoman, 81. (50000)
Ştutqart: Nübel, Vaqnoman, Jak (Əl-Daxil, 86), Şabo, Hendriks (Mittelştadt, 61), Karazor, Ştiller, Tomas (Buanani, 70), Əl-Xannus (Narti, 86), Fürix (Levelinq, 71), Demiroviç.
Frayburq – Hoffеnhaym 1:1
Kübler, 3 – Asllani, 13. (33700)
Haydenhaym – Auqsburq 2:1
Kaufmann, 47. Konteh, 57 – Tits, 90+8. (15000)
Union – Hamburq 0:0
(22012)
1. Bavariya 5 5 0 0 22-3 15
2. Borussiya D 5 4 1 0 11-3 13
3. Leyptsiq 5 4 0 1 7-7 12
4. Ayntraxt F 5 3 0 2 17-13 9
5. Ştutqart 5 3 0 2 7-6 9
6. Bayer-04 5 2 2 1 10-8 8
7. Köln 5 2 1 2 10-9 7
8. Frayburq 5 2 1 2 9-9 7
9. Sankt Pauli 5 2 1 2 8-8 7
10. Hoffenhaym 5 2 1 2 9-11 7
11. Union 5 2 1 2 8-11 7
12. Volfsburq 5 1 2 2 7-7 5
13. Hamburq 5 1 2 2 2-8 5
14. Maynts-05 5 1 1 3 5-6 4
15. Verder 5 1 1 3 8-14 4
16. Auqsburq 5 1 0 4 8-12 3
17. Haydenhyaym 5 1 0 4 4-10 3
18. Borussiya M 5 0 2 3 5-12 2
Bombardirlər: Keyn (Bavariya) – 10, Can Uzun (Ayntraxt F) – 5.
Növbəti turun oyunları oktyabrın 3-5-i aralığında keçiriləcək: Borussiya M – Frayburq, Bayеr-04 – Union, Auqsburq – Volfsburq, Ayntraxt F – Bavariya, Ştutqart – Haydenhaym, Borussiya D – Lеyptsiq, Verder – Sankt Pauli, Hamburq – Maynts-05, Hoffеnhaym – Köln.
Turun rəqəmi
100 – əsrarəngiz və təkrarolunmaz Keyn, deyəsən, bundesliqada rekord qırmaqdan bezdiyindən indi də “böyük beşlik”də tarix yazmağa başlayıb. O, “Verder”lə oyunda dubl etməklə “Bavariya”nın heyətində 104-cü rəsmi oyunda vurduğu qolların sayını 100-ə çatdırdı. Bu, nəinki bundesliqanın, bütövlükdə “böyük beşliy”in yeni rekordudu! Əvvəlki rekord Kriştiano Ronaldo ilə Erlinq Holanna məxsus idi. Ronaldo “Real”da, Holann isə Dortmund “Borussiya”sında 100-cü qolu 105-ci oyunda vurmuşdu. Maraqlıdı ki, Kriştiano təkcə İspaniya yox, İtaliya futbolunda da bu göstəricidə zirvədə qərarlaşıb. O, “Yuventus”da 100-cü qolu 131-ci oyunda vurmuşdu. Liqa-1-də isə bu rekord PSJ-də xarüqələr yaradan Zlatan İbrahimoviçə (124) məxsusdu.
Turun ulduzu
Robin Kox (Ayntraxt F) – mərkəz müdafiəçisinin bir oyunda iki qol vurması futbolda nadir hallarda baş verən hadisədi. Bu üzdən biz üstünlüyü təcrübəli Koxa veririk. Hətta onun komandasının matçın son bölümündə 4 qol buraxması da 29 yaşlı futbolçunun əməyini yerə vurmamalıdı. Daha öncə İngiltərədə legioner həyatı yaşamış və “Lids”in şərəfini qorumuş Kox bundesliqada 148-ci oyunda ilk dəfə dubl etdi. Bu matçlarda onun hesabında 11 qol var.
Turun sitatı
Kasper Hülmann, “Bayer-04”ün baş məşqçisi:

“Bir xeyli əziyyət çəkməli olduq. Amma sonda istəyimizə çatdıq. Yaxşı azarkeş dəstəyinə malik olan “Sankt Pauli”ni səfərdə yenmək asan məsələ deyil. Mübarizə əzmi sərgiləməli olduq. Amma “Bayer-04” hələ də görmək istədiyimiz futbolu sərgiləmir. Bunun üçün bizə bir qədər vaxt lazımdı. İkinci vurduğumuz qol çox xoşuma gəldi. Biz məhz belə futbola can atırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:349
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Oktyabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri