Icma.az
close
up
RU
Keyn coşdu, “Bavariya” kubokda həsrətə son qoydu

Keyn coşdu, “Bavariya” kubokda həsrətə son qoydu

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən həftənin şənbə günü Almaniyada futbol mövsümünə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, Berlindəki nəhəng “Olimpiyaştadion” adəti üzrə kubokun finalına evsahibliyi etdi. Bu dəfə finalda “Bavariya” ilə “Ştutqart” üz-üzə gəldi. Təbii ki, Münhen nəhəngi aşkar favorit sayılırdı. Özü də komanda sonuncu dəfə kuboku 2020-də qazanmışdı. Həsrətə son qoymaq istəyi də sözsüz, “rekormdayster” üçün əlavə motivasiya idi. Kubokun son qalibi statusunda olan “Ştutqart” isə tarixində ilk dəfə bu turniri ardıcıl iki mövsüm qazana bilərdi.
Bu mövsüm ölkədaxili turnirlərdə rəqiblərinə göz açmağa imkan verməyən Vensan Kompaninin komandası bundesliqada iki oyuna şvabiyalılara 9 top vurmuşdu. Nəticəyə baxmayaraq, finalın münhenlilər üçün asan keçdiyini söyləmək olmaz. İlk yarı maraqsız alındı və qapılar önündə, demək olar, heç bir təhlükə yaranmadı. Ümumiyyətlə, hesab açılana qədər meydanda bərabər mübarizə gedirdi.
İkinci hissə fanatların çoxsaylı fişəng və petardlar yandırması ilə başladı. Göz-gözü görmədiyindən oyunda müəyyən fasilə yarandı. Fasilə bitən kimi isə Keyn hesabı açdı. O, Olisenin sağ cinahdan əla asmasını başla tamamladı. Sebastyan Hönessin komandası buraxılan qoldan sonra bir qədər fəallaşsa da, zədəli Noyeri əvəzləyən Urbiqi məyus etmək mümkün olmadı. Son anlarda isə “Ştutqart” tam “ağ bayraq qaldırdı”.
Bütün mövsümü inanılmaz səviyyədə keçirən Keyn finala da damğa vurdu. Onun ikinci qolu xüsusilə baxımlı alındı. Təcrübəli forvardın əvvəlcə ilk zərbəsi tirdən döndü. Hücumun ikinci dalğasında isə top yenə Keynə gəldi və o, şansı boşa vermədi. Keyn son saniyələrdə penaltini də dəqiq yerinə yetirməklə ardıcıl 2-ci, bu mövsüm 13-cü dəfə bir oyunda ən azı 3 top vurdu! Keyn klub futbolunda mövsümü 51 oyuna 61 qol göstəricisi ilə tamamladı.
XXI əsrdə “böyük beşlik”də bir mövsümə 60-dan çox qolu yalnız Lionel Messi (2011/12, 73) və Kriştiano Ronaldo (2014/15, 61) vurmuşdu. 33 yaşlı hücumçu həm də “Bavariya”da 147-ci oyunda vurduğu qolların sayını 146-ya çatdırdı. O, Aryen Robben (144) ilə Diter Hönessi (145) geridə qoyaraq klub tarixinin ən məhsuldar oyunçuları siyahısında 7-ci pilləyə yüksəldi. Keyn, Dias, Olise “üçlüy”ü mövsümü 109 qolla bitirdi!
Sonuncu dəfə “böyük beşlik”də bundan daha yaşı göstərici yaxalayan “üçlük” 2016/17-də “Barselona”da Messi, Suares, Neymar olub (111 qol). Daha bir möhtəşəm fakt odu ki, “Bavariya” bu mövsüm bütün (!) rəsmi oyunlarda qol vurmağı bacardı. Bu, klub tarixində 2020/21-dən sonra ikinci belə haldı. Beləliklə, “Bavariya” 2020-dən bəri ilk dəfə “qızıl dubl” etdi və tarixində 21-ci dəfə ölkə kubokunun qalibi oldu. Bu göstəricidə “Verder” 6 qələbə ilə ikinci pillədə qərarlaşıb.
Onu da bildirək ki, avqustun 22-də keçiriləcək Superkubokda “Bavariya” ilə Dortmund “Borussiya”sı qarşılaşacaq. “Arılar” bundesliqada mövsümü 2-ci pillədə tamamladıqları üçün Superkubok uğrunda oynamaq haqqı qazanıb.
final
Bavariya – Ştutqart 3:0 (0:0)

Bavariya: Urbiq, Laymer (Bişof, 90+5), Upamekano, Ta, Stanişiç (İto, 90+5), Kimmix, Pavloviç (Qoretska, 90), Olise (Gerreyro, 90+5), Musiala (Karl, 77), Dias, Keyn.
Ştutqart: Nübel, Levelinq, Jak (Yeltş, 64), Hendriks, Şabo, Mittelştadt, Ştiller, Andres (Narti, 84), Demiroviç (Tomas, 84), Fürix (Əl-Xannus, 78), Dəniz Undav.
Qollar: Keyn, 55 (1:0). Keyn, 80 (2:0). Keyn, 90+2-p. (3:0).
Vərəqələr: Fürix, 54. Şabo, 83 – sarı.
Hakim: Sven Yablonski (Bremen).
23 may. Berlin. 74036 tamaşaçı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 May 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri