Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın “Bavariya” klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn İspaniyanın “Marca” nəşrinin versiyasına görə mövsümün ən yaxşı futbolçusu seçilib.
QOL.az xəbər verir ki, 33 yaşlı hücumçu 226 nəfərdən ibarət beynəlxalq münsiflər heyətinin səsverməsində birinci yeri tutub. Münsiflər arasında “Marca”nın və digər dünya mediasının jurnalistləri də yer alıb.
İkinci yeri İspaniyanın “Barselona” klubunun və milli komandasının yarımmüdafiəçisi Lamin Yamal tutub. O, ötən mövsümün qalibi olmuşdu. Üçüncü pillədə isə Madrid “Real”ının və Fransa millisinin hücumçusu Kilian Mbappe qərarlaşıb.
Qeyd edək ki, 2025/2026 mövsümündə Harri Keyn “Bavariya” ilə Almaniya Superkubokunu, ölkə kubokunu və Bundesliqa çempionluğunu qazanıb. İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatının bürünc medalına sahib çıxıb.
Keyn 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək “Bavariya” və İngiltərə millisinin heyətində keçirdiyi 65 matçda 73 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















