Icma.az
close
up
RU
Keyn peşəkar karyerasında 500 cü qolu vurdu

Keyn peşəkar karyerasında 500 cü qolu vurdu

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Verder” – “Bavariya” oyununda Harri Keyn peşəkar karyerasındakı 500-cü qolu vurdu. Özü-özlüyündə möhtəşəm rəqəmdi, ancaq onun arxasında fundamental məna da yatır: Keyn bu həddə çatan ilk ingilis futbolçudu! Üstəlik bu zirvəni Kriştiano Ronaldodan daha tez fəth edib – portuqaliyalı 500-cü qolu 753-cü oyunda vurmuşdusa, Harri 743-cü oyunda bacardı. Messi isə bu göstəricidə hər ikisini qabaqlayır – cəmi 632 oyun.

"Football-plus.az" xəbər verir ki, Leo məhsuldar ötürmələrə planında da hamıdan üstündü.
Keyn, Ronaldo və Messinin karyerasındakı 500-cü qol
qol oyun yaş ötürmə sayı
Harri Keyn 500 743 32 yaş 6 ay 110
Kriştiano Ronaldo 500 753 28 yaş 11 ay 132
Lionel Messi 500 632 28 yaş 9 ay 185
Dahilərlə müqayisə
İndi çoxlarını düşündürən sual budu – Keyn karyerasındakı qol sayına görə 41 yaşlı Kriştianoya çata bilərmi? Hazırda hesabında 962 qol olan portuqaliyalı əfsanə gözəl görünən 1000 rəqəminə yaxınlaşır. İlk baxışdan fərq hədsiz böyük görünür. Ronaldo 500-cü olqu 2014-cü il yanvarın 15-də - “Selta” ilə oyunda vurub, həmin vaxt 29 yaşını tamamlamağa az qalırdı. Keyn isə artıq 32 yaşı adlayıb. Harri artıq 15 ildi peşəkar səviyyədə çıxış edir, 2011-ci ilin yanvarında vurduğu ilk qoldan bu qədər müddət ötüb. Sadəcə, quru rəqəmləri götürsək, ingilis bombardirə 1000-ə çatmaq üçün yenə də eyni müddət lazımdı. Deməli, 47 yaşa qədər oynamaq lazım gələcək ki, bu da inandırıcı deyil. Digər tərəfdən, əksər bombardirlər 30 yaşı ötəndən sonra daha çox qol vurmağa başlayır (İbrahimoviçin və elə həmin Ronaldonun nümunəsi ortadadı). Yəni Keyn bunu daha az vaxt ərzində də bacara bilər. Ancaq istənilən halda ingiltərəli hücumçu oyunçu karyerasını minimum 40 yaşa qədər davam etdirməyin təməlini atmalıdı. Dözəcəkmi?
Hər halda, Keyn “Tottenhem”in və İngiltərə yığmasının bombardiri olmaqla futbol tarixinə düşüb. Onun bu göstəricilər üzrə rekordları hələ uzun müddət yaşayacaq.
İngiltərə yığmasının tarixindəki bombardirlər
futbolçu qol
Harri Keyn 78
Ueyn Runi 53
Bobbi Çarlton 49
Harri Lineker 48
Cimmi Qrivz 44
Ancaq əsas məqam budu ki, Keyn məhz bu mövsüm ingilislər arasında 1 saylı bombardirə çevrildi. O, nə vaxtsa iştirak etdiyi bütün yarışlarda qol vurdu (135 komanda ilə oyunda fərqlənib). Əlbəttə, uzaq keçmişin ulduzları ilə müqayisə aparmaq həmişə çətindi – hansı oyunların rəsmi, hansı oyunların qeyri-rəsmi xarakter daşıdığını müəyyənləşdirmək olmur. “The Athletic” yoldaşlıq oyunlarını çıxmaq şərti ilə bütün qolları saydığını iddia edir.
tarixdə ən çox qol vuran ingilislər
futbolçu qol
Harri Keyn 500
Cimmi Qrivz 473
Stiv Blumer 412
Alan Şirer 409
Diksi Din 396
Ancaq Keynin İngiltərə premyer-liqasının bombardirləri siyahısında Alan Şireri arxada qoyması çətin olacaq. Hərçənd “Bavariya”dan vətənə dönüşü də istisna etməməliyik. Harri İngiltərədə hələ rahatca 3-4 mövsüm də oynaya, “Sauthempton”, “Blekbern” və “Nyukasl”ın əfsanəvi bombardirini arxada qoya bilər. Keyni Şirerdən 47 top ayırır.
premyer-liqa tarixinin bombardirləri
futbolçu qol
Alan Şirer 260
Harri Keyn 213
Ueyn Runi 208
Məhəmməd Salah 190
Endi Koul 187
Bəs “Bavariya” tarixinin bombardirləri siyahısında vəziyyət necədi? Keynin Herd Müllerə çatması mümkünsüz görünür – uçurun hədsiz dərindi. Klub tarixinin bombardirləri sıyahısında ilk “10-luğ”a düşməsi tam realdı. İngiltərəli bombardir Covane Elberdən cəmi 14 top geridədi.
“Bavariya” tarixinin bombardirləri
futbolçu qol hər oyuna orta hesabla
1. Herd Müller 570 0,93
2. Robert Levandovski 344 0,92
3. Tomas Müller 250 0,33
4. Rayner Olhauzer 229 0,64
5. Karl-Haynts Rummenigge 217 0,51
...11. Harri Keyn 126 0,96
Beynəlxaql Futbol Tarixi və Statistikası Federasiyasının (BFTSF) hesablamasına görə, Keyn peşəkar oyunlarda 500 qol vurmağı bacaran 27-ci futbolçudu. Qurumun siyahısına düşənlərdən Harri ilə yanaşı, Kriştiano Ronaldo, Lionel Messi, Robert Levandovski, Luis Suares və Kərim Benzema da hələ karyerasını davam etdirir.
Keynin qollarının xarakteristikası
qolun növü sayı
cərimə meydançası daxilindən 449
cərimə meydançası xaricindən 51
penaltidən 100
sağ ayaqla 318
sol ayaqla 86
başla 94
çiyinlə 1
əllə 1
Keyn təkcə bombardir deyil – meydanda hər şeyi bacarır
Əlbəttə, Keyn möhtəşəm statistikaya malik olan dahi hücumçudu. Ancaq meydandakı rolu onu daha unikal futbolçuya çevirir. Harri birbaşa öhdəlikləri ilə kifayətlənmir, “Bavariya”nın oyununun istənilən mərhələsinə təsir göstərir. Öz cərimə meydançasının yaxınlığında müdafiə olunur, hücumlara yön verir, müntəzəm dayaq zonasına çəkilərək topla oynayır.
Keynin bundesliqada uzun ötürmələrin sayına görə 32-ci yerdə ibrətamiz göstəricidi, başqa heç bir hücumçu bu qədər çox ötürmə vermir. Bu, əsasən topa çox nəzarət edən “Bavariya”nın oyun tərzi ilə bağlıdı, buna baxmayaraq, Harrinin hərəkət göstəriciləri adamı heyran edir. Keyn özü Vensan Kompaninin rəhbərliyi altında düşüncə və oyunun axarına təsir planında əhəmiyyətli dərəcədə “artırdığınə” vurğulayır. “Tottenhem”də o, həm də oyun qurucusu kimi oynayıb, Son Hın Minin və ya Lukas Mouranın irəli sıçramasına şərait yaradıb, Almaniyada isə bu rolu tama dominant hala gəlib.
Lotar Matteusun da fikri maraqlıdı:

"Keyndən çox şey gözlənilirdi, amma o, bütün gözləntiləri aşdı. İki il əvvəl müqavilə bağladığımız Keyndən tam fərqli bir Keyndi. Onu Levandovskinin əvəzinə - qol vurmaq üçün dəvət etmişdilər, amma Harri komanda üçün daha çox şey ifadə edir. O, bombardir, oyun qurucusu, “qapıdan-qapıya” və “sürüşmə” fəndi edən oyunçudu - hamısı bir yerdədi. Hazırda ondan daha yaxşı hücumçu görə bilmirəm”.


Keyn, sadəcə, Avropanın ən effektli hücumçularından biri kimi tarixə düşməyib. O, gözümüzün önündə hücumçu mövqeyinin cizgilərini yenidən müəyyənləşdirir, hətta qabaritli mərkəz hücumçusunun da top-klubda ən incə və ağıllı oyunçu ola biləcəyini göstərir. Qollar isə Harrinin böyüklüyünün yalnız bir göstəricisidi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Fevral 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri