Keynin “Bavariya“da taleyinə aydınlıq gəldi
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
"Bavariya" futbol klubunun rəhbərliyi Harri Keyn ilə yeni müqavilənin maliyyə detalları barədə razılıq əldə edib.
Moderator.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Almaniya təmsilçisi və 33 yaşlı hücumçu əməkhaqqının miqdarı, eləcə də bonus sistemi ilə bağlı ortaq məxrəcə gəliblər. Lakin tərəflər hələlik müqavilənin müddəti məsələsində razılaşa bilməyiblər - bu detal növbəti danışıqlar prosesində müzakirə olunacaq.
Qeyd edək ki, Keynin "Bavariya" ilə hazırkı sözləşməsi 2027-ci ilin 30 iyun tarixinədək qüvvədədir. Cari mövsümdə ingiltərəli forvard Münhen klubunun heyətində yeddi qarşılaşmada meydana çıxıb, bu oyunlarda altı qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 06 Oktyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















