Icma.az
close
up
RU
Kibercinayətkarlıqla bağlı rekord: 2 milyard dollarlıq kriptovalyuta oğurlanıb

Kibercinayətkarlıqla bağlı rekord: 2 milyard dollarlıq kriptovalyuta oğurlanıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

“Elliptic” şirkətinin mütəxəssislərinin hesablamalarına görə, KXDR-dən (Şimali Koreya) olan hakerlər ilin əvvəlindən etibarən ümumilikdə 2 milyard dollardan çox dəyərində kriptovalyuta aktivləri oğurlayıblar. Bu, Şimali Koreya kibercinayətkarları üçün belə qısa müddətdə qeydə alınmış rekord məbləğdir. Ümumilikdə isə onlar bu günə qədər 6 milyard dollardan artıq vəsaiti ələ keçiriblər.

AZƏRTAC texnologiya sahəsində ixtisaslaşmış “PCMag” nəşrinə istinadla xəbər verir ki, fevral ayında hakerlər tarixdə ən böyük kriptovalyuta oğurluğunu həyata keçiriblər, belə ki, “Bybit” birjasından 1,4 milyard dollardan çox vəsait oğurlanıb.

Hakerlər rəqəmsal cüzdan xidmət təminatçısının sisteminə müdaxilə edərək “Bybit”in “soyuq” cüzdanından 400 000 ədəd “Ethereum” kriptovalyutasını köçürüblər. Platforma rəhbərliyinin bildirdiyinə görə, bu vəsaitlərin təxminən 68%-ni izləmək mümkün olub. Bu isə o deməkdir ki, cinayətkarlar əldə etdikləri qanunsuz gəlirin yalnız bir hissəsini nağdlaşdıra biliblər.

Cari il ərzində şimali koreyalı hakerlər “LND.fi”, “WOO X” və “Seedify” kimi platformalara da hücumlar ediblər. Ümumilikdə, təxminən 30 hadisə qeydə alınıb. “Chainalysis” mütəxəssislərinin məlumatına əsasən, ilin əvvəlindən bəri bu kibercinayətkarlar 2,17 milyard dollar dəyərində aktivləri ələ keçiriblər.

“Elliptic” və “Chainalysis” şirkətləri blokçeyn üzərindən tranzaksiyaları izləmə xidmətləri təqdim edir və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək qeyri-qanuni əməliyyatların qarşısının alınmasına yardım göstərirlər.

Analitiklərin xəbərdarlığına görə, hakerlər hücumlarını yalnız kriptovalyuta birjalarına və blokçeyn şirkətlərinə deyil, həm də varlı şəxslərə yönəldə bilərlər. Kibercinayətkarlar xüsusən sosial mühəndislik üsullarından və fişinq hücumlarından istifadə edərək və qurbanları aldadaraq zərərli proqram təminatını quraşdırmağa məcbur edirlər.

“Chainalysis” məlumatına əsasən, il başlayandan bəri fiziki şəxslərə qarşı həyata keçirilən oğurluqların payı kriptovalyuta ilə bağlı cinayətlərin ümumi həcminin 23,35%-nə çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri