Icma.az
close
up
RU
Kibercinayətkarlıqla mübarizədə yeni strategiya

Kibercinayətkarlıqla mübarizədə yeni strategiya

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzalayıb

Bugünlərdə Vyetnamın paytaxtı Hanoy şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. Tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər. Azərbaycan tərəfindən Konvensiya sənədini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb. Konvensiyanı ilk imzalayan dövlətlərdən biri kimi Azərbaycan bu iradəli addımı ilə kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa və qlobal kibermühitin təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəni və qətiyyətli mövqeyini nümayiş etdirib.

İldə 1 trilyon dollardan çox kiberzərər...

Qloballaşmanın daha da dərinləşməsi, eləcə də rəqəmsal ticarətin və maliyyə-bank xidmətlərinin elektronlaşması son illərdə kibertəhdidləri artırır. Kiberterrorlar informasiya sistemlərinin işini pozmaqla yanaşı, insanların şəxsi həyatına təhlükə törədərək onlara maddi zərər vurulması ilə nəticələnir.

Ümumdünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatına əsasən, kibertəhlükələr bu gün dünyanın üzləşdiyi risklər sırasında ilk yerlərdən birinə çevrilib. Bu isə ölkələrin və insanların məlumatlar bazasının ələ keçirilməsi ilə yanaşı, hədsiz dərəcədə böyük maliyyə itkilərinin yaranmasına səbəb olmaqdadır.

Ümumdünya Kibertəhlükəsizlik Təşkilatının (GISEC) məlumatına əsasən, kiberhücumlar qlobal miqyasda son 4 ildə daha da artıb və kibercinayətkarlıq qlobal iqtisadiyyata hər il 1 trilyon dollardan çox ziyan vurur. Təkcə, 2024-cü ilin birinci yarısında beynəlxalq miqyasda kiberhücumlar 30 faiz artıb və zərərlərin maddi dəyəri 100 milyonlarla dollara bərabərdir. Təhdidlərin artmasının səbəbləri arasında yeni texnologiyaların tətbiqi, zəif müdafiə üsulları və insan amili xüsusi yer alır. Hakerlər daha çox fərdi məlumatları, maliyyə məlumatlarını və dövlət sirlərini hədəfə alır.

ABŞ kibertəhlükəsizliyə ildə 20 milyard dollar xərcləyir

Ona görə də dünya ölkələri hər il kibertəhlükəsizliyə ildə yüz milyonlarla dollar pul xərcləyir, təkcə ABŞ-ın bu sahəyə sərf etdiyi vəsaitin illik həcmi 20 milyard dollara yaxındır. Ümumiyyətlə, kibertəhlükəsizliyin təmin olunması  istər milli, istərsə də beynəlxalq səviyyədə ən başlıca məsələyə çevrilib və mütəşəkkil vahid əlaqələndirilmiş fəaliyyət tələb edir. Kiberdiplomatiya üsulları da məhz bu istiqamətdə müxtəlif ölkələrin xüsusi rabitə və texnoilogiyalar, təhlükəsizlik orqanları ilə yanaşı, bank, sığorta, e-ticarət, sosial media və digər qurumların daha sıx və fəal işləməsini ehtiva edir.

Beynəlxalq sənəddə kibercinayətkarlıqla mübarizədə dövlətlər arasında hüquqi əməkdaşlığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin qarşısının alınması, elektron sübutların toplanması və təqdim edilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi hazırda əsas çağırışlar kimi daha çox aktuallıq kəsb edir.

Qlobal mübarizənin yeni modeli - kiberdiplomatiya

Kibertəhdidlərə qarşı mübarizə aparmaq üçün rəqəmsal infrastruktunun möhkəmləndirilməsi əsas şərtlərdən biridir. Bu, hədsiz dərəcədə böyük tədbirlər sistemini əhatə edir və rəqəmsal sahədə fərdlərin, hüquq şəxsi məlumatlarının qorunmasından tutmuş dövlətin konfedensial resursların informasiya təhlükəsizliyinin etibarlı mühafizəsi üçün güclü arxitekturanın yaradılması nəzərdə tutulur. Digər çağırış sürətlə inkişaf edən texnologiyaların imkanlarından kiberməqsədlər üçün istifadə edən mühəndislərin yaratdığı risklərin adekvat qarşısının alınmasıdır. Bu, sosial media platformaları, bank, e-ticarət və digər rəqəmsal əməliyyatların bütün iştirakçılarının riskə davamlı yeni alətlər hazırlamaq məsuliyyətini ortaya qoyur. 

Kiberdiplomatiya institutunun qarşısında dayanan ən mühüm məsələlərdən biri də peşəkar kadr təminatıdır. Hazırda qlobal mühitdə kibertəxribatların dərin nüfuz etməsi mütəxəssislərin yetərsizliyi ilə bağlıdır. İnsan resursları və potensialı, həmçinin gənc nəsil mütəxəssislərin yetişdirilməsi gələcəkdə kibertəhlükəsizliklə bağlı problemlərin həllində xüsusi rol oynaya bilər. Ona görə də, peşəkar İT mütəxəssislərinin yeni risk texnologiyaları üzrə inkişaf etmiş ölkələrdə təliminin artırılması da vacib şərtdir.

Azərbaycanın strateji baxışı...

Azərbaycanın informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Ölkəmizdə kiber təhlükəsizliyə nəzarəti həyata keçirən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti davamlı olaraq dövlət qurumlarının informasiya təhlükəsizliyini təmini üçün birgə tədbirlər görür. Hər il “AzstateNet” dövlət şəbəkəsində yeni nəsil mühafizə avadanlıqları vasitəsilə zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə bloklanır, eləcə də virus tərkibli sənədlər xüsusi “Sandbox” mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınır. Ancaq bütün bunlara baxmayaraq, ölkəmiz kiberinfrastrukturunun mübarizələrə hazırlıq səviyyəsini daha da artırmaq üçün dünya birliyi ilə sıx təmasları diqqətdə saxlayır, fəaliyyətini gücləndirməyə yönələn əlavə tədbirlər planlaşdırır, kiberdiplomatiya ailəsinin üzvü kimi səylərini artırmağa çalışır.

Bir neçə il əvvəl ölkəmizdə Kibertəhlükəsizlik Mərkəzinin yaradılması və fəaliyyətə başlaması informasiya və kibertəhlükəsizliyə dair yeni imkanları tətbiq etməyə imkan verib. Həmçinin bank, maliyyə və digər iqtisadi sahələrdə informasiya təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutan “Maliyyə bazarları üzrə kibertəhlükə^sizlik Strategiyası” sənədi ölkəmizdə fəaliyyət göstərən bütün maliyyə institutlarında kibertəhlükəsizliyin dayanıqlılığı, o cümlədən müasir dövrün kibertəhlükəsizlik təhdidlərinin və kiberhücumların qarşısının daha effektiv alınması üzrə əsas fəaliyyət istiqamətlərini müəyyən edir.

Azərbaycan kibertəhlükəsizlik reytinqində mövqeyini yaxşılaşdırıb

Yeri gəlmişkən, ötən il dərc edilən beynəlxalq kibertəhlükəsizlik reytinqində (Global Cybersecurity Index. 2024) Azərbaycan 93,76  xal toplamaqla öz mövqeyini yüksəldib. 194 ölkənin 20 indikator üzrə qiymətləndirilməsinin aparıldığı hesabata əsasən, son 4 ildə kibertəhlükəsizlik sahəsində dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib və qlobal orta göstərici 65,7 xala çatıb. Dünya üzrə ən maksimum nəticəni, yəni mümkün maksimum 100 xaldan 99-100 balı toplayan ölkələr Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Finlandiya, İndoneziya, İtaliya, Misir, Mavritaniya, Qətər və Səudiyyə Ərəbistanı olub. 90-95 xal arası nəticə göstərən ölkələr arasında digər inkişaf etmiş dövlətlər, o cümlədən Azərbaycan yer alıb.

Azərbaycanın qazandığı nailiyyətlərin əsas təməlində son illər ərzində kibertəhlükəsizlik sahəsində həyata keçirilən məqsədyönlü siyasət mühüm yer tutur.

Beləliklə, BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasının imzalanması Azərbaycan da daxil olmaqla dünya ölkələrində qlobal təhdidlərin qarşısının alınmasında birgə mövqenin ortaya qoyulması, yeni həll yollarının tapılması və kibersabitlik üçün tərəfdaşlığın möhkəmləndirilməsi, habelə geniş təcrübə mübadilələrinin bölüşdürülməsi, daha innovativ mexanizmlərlə fəaliyyətlərin əlaqələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Oktyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see437

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see416

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see322

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see321

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see316

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see286

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see275

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see248

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see247

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see235

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see222

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see212

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see207

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see201

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see192

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see189

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see183

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri