Kiberhücum simulyasiyaları təhlükəni azaldır TEXNOLOQ AÇIQLADI
Icma.az bildirir, Sia Az portalına istinadən.
"Bugünkü dünyada kiberhücumlar sadəcə bir texniki problem deyil, həm də insanların gündəlik həyatına və dövlətlərin təhlükəsizliyinə ciddi təsir göstərə bilən məsələdir". Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.
Onun sözlərinə görə, buna görə həm dövlət, həm də şirkətlər bu sahədə addımlarını daha düşünülmüş atmalıdırlar: "Burada dövlətin üzərinə düşən əsas vəzifə milli səviyyədə güclü kibertəhlükəsizlik strategiyası yaratmaqdır. Buraya kibertəhlükəsizlik qanunlarının möhkəmləndirilməsi, milli CERT mərkəzlərinin (kibertəhlükəsizlik insidentlərinə cavab qrupları) gücləndirilməsi və dövlət qurumlarının sistemlərinin daimi monitorinqdə saxlanılması daxildir.
Şirkətlər tərəfdən isə ən vacib addım əməkdaşların maarifləndirilməsidir. Çünki əksər hücumlar insanların diqqətsizliyi üzərindən baş tutur. Məsələn, şübhəli e-mail linkinə klikləmək, zəif şifrə seçmək və ya məlumatları paylaşmaq kimi hallarda bu hücumlar uğurlu ola bilər. Bunun qarşısını almaq üçün şirkətlər işçilərinə mütəmadi təlim keçməli, həmçinin sistemlərində çoxmərhələli identifikasiya (məsələn, SMS və ya tətbiqlə təsdiq) tətbiq etməlidirlər.
Üstəlik, həm dövlət, həm də biznes sektoru mütəmadi olaraq ehtiyat nüsxələr (backup) saxlamalı, şəbəkələrini daim test etməli və kiberhücum simulyasiyaları həyata keçirməlidirlər. Bu isə, öz növbəsində, real hücum zamanı itkiləri minimuma endirəcəkdir. Çünki ən yaxşı müdafiə tədbiri hücumu gözləmədən, öncədən hazır olmaqdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















