Icma.az
close
up
RU
Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələri mükafatlandırılıb

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələri mükafatlandırılıb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən 2024-2025-ci tədris ilinin yaz semestrində Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin kibertəhlükəsizlik sahəsində biliklərinin qiymətləndirilməsi məqsədilə növbəti müsabiqə təşkil edilib.

Müsabiqənin nəticələrinə əsasən Universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin informasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs bakalavr tələbələri Tural Səlimov və Orxan Eminbəyli, habelə Universitetin nəzdində Yüksək Təhsil İnstitutunun dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşmasının 2-ci kurs magistr tələbələri Rəna Sadıqova və Aytac Ağayeva xüsusi fərqlənərək qalib elan olunublar.

Mükafatlandırılma mərasimində XRİTDX-nın rəis müavini general-mayor Allahverən İsmayılov, AzTU-nun rektoru professor Vilayət Vəliyev və digər nümayəndələr iştirak etmişlər. Tədbir zamanı çıxışlarda dövlət qurumları ilə tədris müəssisələri arasında qurulmuş əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, kibertəhlükəsizlik sahəsində gənc mütəxəssislərin hazırlanmasının strateji prioritetlərdən biri olduğu bildirilmişdir.

Qeyd edilmişdir ki, XRİTDX ilə AzTU-nun arasında imzalanmış Memorandumun icrası çərçivəsində həyata keçirilən tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi və ölkədə kibertəhlükəsizlik sahəsinin insan resursları potensialının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Memorandum çərçivəsində XRİTDX tərəfindən AzTU-nun informasiya təhlükəsizliyi üzrə bakalavriat pilləsində təhsil alan tələbələrə praktiki-təcrübə proqramı çərçivəsində tədbirlərdə iştirak etmələri üçün şərait yaradılmışdır.

Daha sonra XRİTDX-nın nümayəndələri Universitetin müasir tədris infrastrukturu, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində Xidmətlə birgə yardılmış laboratoriyaları, eləcə də rabitə və telekommunikasiya üzrə mövcud müasir tipli tədris otaqları, innovativ təlim metodları üzrə tətbiq olunan qabaqcıl texnologiyalar və sahə üzrə toplanmış təcrübə ilə yaxından tanış olmuşlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri