Icma.az
close
up
RU
Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında Dayan, Düşün, Dəqiqləşdir!

Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında Dayan, Düşün, Dəqiqləşdir!

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər il oktyabr ayı dünyanın bir çox ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur.

"Unikal" xəbər verir ki, bu çərçivədə cəmiyyətdə kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, vətəndaşlar və şirkətlər arasında kibergigiyena qaydalarının təşviq edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Son dövrdə ölkəmizdə də hər kəsi düşündürən vacib sual məhz budur - özümüzü kiberdələduzlardan necə qoruyaq? Bu istiqamətdə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının  dəstəyi ilə maliyyə qurumları tərəfindən bir çox maarifləndirmə layihələri həyata keçirilir. 

Mütəmadi olaraq kiberdələduzluğa qarşı çağırışlarla gündəmə gələn Kapital Bank Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında da müştərilərini məlumatlandırmağa davam edir. “Dayan, Düşün, Dəqiqləşdir!” şüarı ilə müştərilərinə müraciət edən bank, hər kəsi real həyatda olduğu kimi rəqəmsal dünyada da diqqətli olmağa çağırır.

Dələduzların əsas məqsədi hədəf şəxsi həyəcanlandırmaq, təlaşlı vəziyyətə salmaq, qurbanlarına düşünmək üçün zaman vermədən özlərini həll təqdim edən şəxs kimi göstərib onları tora salmaqdır. Məhz bu zaman atılmalı olan ən vacib addım tələşlanmadan dayanmaq, düşünmək və dəqiqləşdirməkdir. Bunun üçün aşağıdakı məqamları bilmək olduqca vacibdir. 

Banklar adından edilən zənglərə qarşı diqqətli olun. Xüsusən də bu zənglər +994 kodu ilə başlamayan xarici ölkədən və ya “WhatsApp” kimi sosial şəbəkə hesablarından edilərsə. Unutmayın ki, bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici ölkədən zəng edə bilməz. Belə bir zəng almısınızsa və sizdən kartınızın üzərindəki 16 rəqəmli PAN nömrə, 3 rəqəmli CVV kod və ya mesajla göndərilən 4 rəqəmli birdəfəlik şifrə (OTP kod), şəxsiyyət vəsiqəsinin FİN kodu istənilirsə əmin ola bilərsiniz ki, siz bank əməkdaşı ilə yox, dələduzla danışırsınız. Bu zaman sizə göndərilən linklərə daxil olmaq qətiyyən olmaz. Əks halda telefonunuzun idarəsini itirmiş və dələduza telefonunuzdakı bütün proqramlardan, həmçinin də bank hesablarınızdan istifadə üçün icazə vermiş olacaqsınız. Kapital Bank bu mövzuda zəng edən əməkdaşın bank nümayəndəsi olub olmadığını yoxlamaq imkanı verir. Bu, Birbank mobil tətbiqindəki yeni funksionallıqla mümkündür. Belə ki, sizə Kapital Bank adından zəng gəldiyi halda zəng edən şəxsdən Birbank tətbiqinə bildiriş göndərməsini tələb edə bilərsiniz. Daha sonra mobil tətbiqə daxil olun. Zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alacaqsınız. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Bu bildirişi aldığınız təqdirdə zəng edən şəxslə danışığınızı davam etdirə bilərsiniz. Əks halda zəngi dərhal sonlandırın.  Mobil tətbiq istifadəçisi olmayan şəxslərə isə eyni mesaj Birbank vasitəsilə sms-lə göndərilir. 

İnvestisiya təklifləri təhlükəli ola bilər. Dələduzlar xüsusən sosial şəbəkələrdə insanlarla əlaqəyə keçib müxtəlif investisiya üsulları təqdim edirlər. Bu zaman kiçik məbləğlər qarşılığında daha böyük məbləğlər vəd edilir. Bəzən bu məbləğlər göndərilsə də nəticədə bütün məbləğ mənimsənilir və vətəndaşlar aldadıldıqlarını anlayırlar. 

Kartın 3-cü şəxslərə verilməsi yolverilməzdir. Son zamanlar məlumatsız şəxslərin aldadılması və onlara məxsus bank kartlarının alınması ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlara yaxınlaşan dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir. Bank kartını başqalarına verməyin təhlükəli nəticələri ola bilər. Hər şeydən öncə bu şəxsi məlumatların oğurlanması deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən, oğurluq  pulların izlərinin itirilməsində məhz bu kartlar istifadə edilə bilir. Həmçinin hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see330

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see303

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see169

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see160

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see138

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see138

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see137

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see137

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see134

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see134

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see131

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see130

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see130

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see129

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see129

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see129

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see128

Dünyada buğdanın qiyməti çökdü

14 Oktyabr 2025 15:36see127

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see125

Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb

14 Oktyabr 2025 17:27see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri