Icma.az
close
up
RU
Kiçik balıq 100 min ildir özünü klonlaşdırır: Bu necə baş verir?

Kiçik balıq 100 min ildir özünü klonlaşdırır: Bu necə baş verir?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Meksika və Cənubi Texas çaylarının şirin su məkanlarında yaşayan kiçik, lakin unikallığı ilə seçilən balıqlar var – bütün nəsil yalnız dişilərdən ibarətdir və onlar təkcə cinsiyyətə bağlı olmayan üsulla çoxalırlar. Bu balıqlar "Amazon molineziyası" (Poecilia formosa) adlanır.

Qaynarinfo xəbər verir ki, bu barədə "National Geographic" yazıb.

Alimlər qeyd edir ki, bu balıqlar təkamül paradoksudur. "Nature" jurnalında dərc olunmuş tədqiqat göstərir ki, Amazon molineziyaları cinsiyyətsiz çoxalmanın mənfi nəticələrindən əziyyət çəkməyiblər.

Amazon molineziyaları necə çoxalır?

Amazon molineziyaları kiçik, dairəvi qanadlı balıqlardır və ölçüləri böyük barmaqdan çox deyil. Onlar Yunan mifologiyasındakı qadın döyüşçülərin adı ilə adlandırılıb və təxminən 100 000 il əvvəl meydana gəliblər.

Alimlər hesab edir ki, bu növ hibrid mənşəyə malikdir. Balıqlar ehtimal ki, Atlantik molineziyası dişisi ilə Sailfin molineziyası erkəyinin cütləşməsindən yaranıb. Normal halda fərqli növlərin cütləşməsi nəticəsində övladlar sonsuz olur, amma bu nümunə istisnadır.

Amazon molineziyası dişiləri özünü klonlama prosesini – gynogenez – başlatmaq üçün digər növ molineziyası erkəkləri ilə cütləşməlidirlər. Maraqlıdır ki, övladlar bu erkəklərin DNT-sini heç vaxt daşımır.

Balıqların zərərli mutasiyaları yığmamasının sirri

Münhen Ludwig Maximilian Universitetinin hesablama biologu Edvard Ritzmeyer izah edir ki, amazon molineziyaları yaranandan təxminən 10 000 il sonra genetik mutasiyaların yığılması nəticəsində yox olmalı idilər, amma bu növ hələ də mövcuddur.

Ritzmeyer bildirib ki, uzun illər alimlər başa düşə bilmirdilər ki, cinsiyyətsiz növlər, xüsusilə mürəkkəb onurğalılar, zərərli mutasiyaları necə yığmırlar. Onun komandası aşkar edib ki, bu balıqlar öz genetik "təmizləməsini” on minlərlə il edir.

Bioloq əlavə edib ki, bu proses gen konversiyası adlanır və o, xromosom DNT hissəsinin digər homoloq xromosomdakı uyğun ardıcıllıqla əvəz olunmasından ibarətdir.

Alimlər həmçinin ehtimal edir ki, amazon molineziyasında gen konversiyası cinsiyyətlə çoxalan növlərdə valideyn genlərinin qarışdığı "krosingover" rekombinasiyasının yerinə keçir. Bu, əvvəllər yalnız cinsiyyətlə çoxalan növlərdə müşahidə olunub və bu, ilk dəfə elmi sübut olunmuş nümunədir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Mart 2026 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri