Icma.az
close
up
RU
Kiçik çavuşun böyük hünəri

Kiçik çavuşun böyük hünəri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Vətən müharibəsi şəhidi Nazir Xurşudov Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Milli Qəhrəman Yavər Şahbazov adına tam orta məktəbi bitirən Nazir uşaqlıqdan idmana maraq göstərib. Əvvəlcə məşqçi Nurəddin Əhmədovun yanında şotakan-karate idman növünün sirlərinə yiyələnib. Sonra isə böyük qardaşı Maarifin təşəbbüsü və rəhbərliyi ilə karatenin vado-ryu növü ilə məşğul olub.

Qardaşından bu idman növünün incəliklərini mənimsəyən Nazir müxtəlif illərdə respublika yarışlarında və zona birinciliklərində mükafatçılar sırasında yer alıb. O, orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Əvvəlcə Murovda, daha sonra isə Gədəbəydə kəşfiyyat bölüyündə xidmət edib. Xidmətini başa vurduqdan sonra Vətənə olan sevgisi onu yenidən hərbiyə bağlayıb. Öz istəyi ilə müddətdən artıq hərbi xidmətə yazılan Nazir bir müddət Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət aparıb. Hərbidə çalışdığı müddətdə Əfqanıstan, Pakistan və Bolqarıstanda xüsusi kurslarda iştirak edib.

Hərbçi kimi bir sıra yarışlarda da ölkəmizi təmsil edib və mükafatçılar sırasında yer alıb. Bir müddətdən sonra ordudan tərxis olunsa da, Müdafiə Nazirliyinə ərizə yazaraq yenidən hərbi sahədə fəaliyyətini davam etdirib. O, bu dəfə kəşfiyyat bölüyündə xidmətə başlayıb. 35 illik ömrünün 11 ilini hərbidə keçirən Nazir bir sıra mühüm hərbi əməliyyatların da iştirakçısı olub. O, Vətən müharibəsinə qədər 2016-cı il şanlı Aprel və Tovuz döyüşlərində qəhrəmancasına döyüşüb. Daha sonra döyüş meydanına atılan igidimiz Ağdam, Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib. 2020-ci oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz oktyabrın 28-də doğulduğu Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamları ilə Nazir Xurşudov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qardaşı Maarif qürurla bildirir ki, müharibə başlayanda qardaşım Nazir mənə zəng edərək döyüşlərə yollandığını dedi. İmkan olduqca bizimlə əlaqə saxlayırdı. Hərbi əməliyyatlar başlayandan iki həftə sonra qardaşım Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralandı. Ermənilər onların olduğu ərazini minaatanla vurmuşdular. Bu hadisə zamanı Nazir bədəninin bir neçə nahiyəsindən qəlpə yaraları almışdı. Füzulinin Qaradağlı kəndindəki hospitalda müalicə alsa da, vəziyyəti ağır idi. Hətta həkimləri onu Bakıdakı xəstəxanalardan birinə yollayacaqları barədə məlumat vermişdilər. Lakin Nazir bir neçə gündən sonra bizə zəng edərək yenidən döyüş bölgəsinə qayıdacağını dedi. O, tezliklə Cəbrayıl rayonu istiqamətinə yollandı. Düzü, Nazirin tam sağalmadan yenidən döyüşlərə yollanmasına hər birimiz etiraz etdik. Qalıb müalicəsini davam etdirməsini istəyirdik. Amma o bizə dedi ki, cəbhədə mənim qardaşlarım döyüşür və mən onların yanında olmalıyam, haqqınızı halal edin. Döyüşlərə yenidən yollandıqdan sonra onunla hər gün telefonda danışırdıq. Oktyabrın 17-si qardaşımla sonuncu danışığımız oldu. Bir daha ondan xəbər gəlmədi. Ona 3 gün zəng çatmadığı üçün artıq hər birimiz narahatlıq keçirirdik. Oktyabrın 22-də Nazirin komandiri anama zəng edərək onun şəhid olması barədə xəbər verdi. Düzü, əvvəl heç birimiz buna inanmırdıq. Dərhal onun kəndimizdən olan əsgərinə zəng etdim. Lakin onunla da əlaqə saxlaya bilmədim. Sonra bir neçə yerlə xəbəri dəqiqləşdirməyə çalışdım. Bir neçə günlük axtarışdan sonra qardaşım Eldarla birgə Füzuliyə yollandım. Onu snayperlə vurmuşdular. Naziri vuran snayper muzdlu döyüşçü olub.

Döyüşçü yoldaşlarının dediyinə görə, Xocavənddə təpədə ermənilərin postu var idi. Nazir qumbaraatanla ermənilərin postunu vurduqdan sonra şəhid olan əsgər yoldaşının avtomatını götürərək atəş açıb və irəli gedib. Yanında olan hərbçi yoldaşları ilə birgə qəhrəmancasına döyüşərək həmin postu ermənilərdən azad ediblər.

Onun böyük arzuları var idi. Torpaqlarımızın düşməndən azad olmasına çox inanırdı. O, torpaqlarımızın bütövlüyü uğrunda şəhid oldu. Amma inanıram ki, qardaşımın ruhu şaddır. Nazir şəhid olmazdan əvvəl anamla danışanda demişdi ki, ana, mən şəhid olsam ağlama, məndən başqa iki oğlun da var. Təbii ki, biz ümid edirdik ki, o müharibədən sağ-salamat yenidən ailəsinin, uşaqlarının yanına qayıdacaq. Amma... Şəhidin Şahin və Asiman adlı iki oğlu yadigar qalıb.

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri