Icma.az
close
up
RU
Kiçik qardaşın yerinə böyüyü həbs edilib? Məhkəmədən cavab

Kiçik qardaşın yerinə böyüyü həbs edilib? Məhkəmədən cavab

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Anar Sadıqovla bağlı yayılan məlumatlara münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, məhkəmədən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilib ki, Anar Sadıqovun cinayət törətməyən şəxs barəsində ittiham hökmü çıxarması barədə yayılmış iddialar həqiqəti əks etdirmir.

Rəsmi məlumatda bildirilib ki, cinayəti törədən, barəsində həbs qətimkan tədbiri seçilən və ittiham hökmü çıxarılan şəxs fiziki olaraq Allahverdi Musa oğlu İsgəndərovdur. O, həbs edilərkən ödənilməmiş məhkumluğu olduğu üçün qəsdən qardaşının anket məlumatlarından istifadə edib: “Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə iş üzrə məhkəmə hökmü ləğv edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılıb, şəxsin barəsində həbs qətimkan tədbiri qüvvəsində saxlanılıb və təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi üçün Ağır Cinayətlər Məhkəməsindən ilkin istintaqı aparmış quruma qaytarılıb.

Hazırda həmin şəxs həbsdə saxlanılır, onun barəsində cinayət işi yenidən məhkəməyə veriləcək. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi tərəfindən müvafiq cinayət işinin ibtidai araşdırması üzrə məsul şəxslər barəsində də xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə istintaq qurumuna göndərilib”.

Qeyd edək ki, yayılan informasiyada 39 yaşlı İsgəndər Musa oğlu İsgəndərovun qardaşının yerinə məhkum edildiyi bildirilirdi. Belə ki, iddialara əsasən, istintaq cinayətin onun tərəfindən deyil, kiçik qardaşı, 30 yaşlı Allahverən Musa oğlu İsgəndərov tərəfindən törədildiyi barədə qənaətə gəlib. Amma buna baxmayaraq, hakim Anar Sadıqovun sədrlik etdiyi hakimlər heyəti böyük qardaşı həbs cəzasına məhkum edib. Məlumatda bildirilirdi ki, qardaşların bacısının müdaxiləsindən sonra ölkəni tərk etməyə çalışan Allahverən İsgəndərov hava limanında saxlanılıb və dərhal nəzarətə götürülüb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə ötən ay xitam verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see278

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see264

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see251

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see195

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see169

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see165

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri