Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Kiçik sərmayə ilə aylıq 6 min qazandıran biznes DETALLAR

Kiçik sərmayə ilə aylıq 6 min qazandıran biznes DETALLAR

Icma.az bildirir, Olke.az portalına istinadən.

Azərbaycanda son illərdə ketrinq xidmətlərinə artan maraq bu sahəyə investisiya yönəldən sahibkarların sayını artırıb. Xüsusilə də tədbirlərin təşkili və sürətli xidmət tələbi fonunda bu sektorun perspektivləri genişlənir.

Ölkə.Az bildirir ki, ketrinq sahəsində fəaliyyət göstərən və hazırda ketrinq şirkətinin sahibi olan Fərid Səfərov bu istiqamətdə ilk addımları atmaq istəyənlər üçün Valyuta.az-a öz təcrübəsini bölüşüb.

- Fərid bəy, ketrinq biznesinə başlamaq üçün minimum nə qədər ilkin kapital lazımdır və bu məbləğ əsasən nəyə xərclənir?

- Ketrinq biznesinə başlamaq üçün minimum 15 000-30 000 AZN sərmayə tələb olunur. Bu vəsait mətbəx avadanlıqları (sobalar, qazanlar, soyuducu), qab-qacaq, ilkin ərzaq ehtiyatı, sanitar icazələr və reklam xərclərini əhatə edir.

- Ketrinq şirkəti açmaq üçün hansı icacəzlər tələb olunur?

Ketrinq fəaliyyəti üçün vergiödəyicisi kimi qeydiyyatdan keçmək (VÖEN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qeydiyyat, mətbəx üçün sanitar rəy almaq və bütün işçilərin tibbi kitabçasının olması vacibdir.

- İcazələr və sənədləşmə proseduru nə qədər vaxt aparır? 

 - Əgər obyekt hazırdırsa və sənədlər düzgün təqdim olunursa, proses təxminən 2-4 həftə ərzində başa çata bilər. Obyektdə uyğunsuzluqlar olduqda bu müddət uzana bilər.

 - Proses çətindirmi?

- Ümumilikdə, çox çətin deyil, amma diqqət və səbir tələb edir. Ən çox problem obyektin sanitar tələblərə cavab verməməsi və sənədlərdəki xırda uyğunsuzluqlardan yaranır.

Azərbaycanda ketrinq xidmətlərinə tələbat varmı? Yəni, bu biznesə başlamağa dəyərmi?

 - Azərbaycanda ketrinq xidmətlərinə tələbat son illərdə artım göstərir. İnsanlar vaxt itirməmək üçün bu cür hazır xidmətlərə üstünlük verirlər. Ən çox sifarişlər toy və yas mərasimləri, şirkət tədbirləri, nişan və ad günləri üçün verilir.

- Bu bazara girmək çətindirmi?

Yeni sahibkar üçün bazara girmək çətin olsa da, mümkündür. Rəqabət yüksəkdir, xüsusilə də aşağı qiymət təklif edənlər çoxluq təşkil edir. Bu səbəbdən fərqlənmək üçün yeməyin dadı, təqdimat keyfiyyəti və xidmətin punktuallığı əsas rol oynayır.

- Ketrinq sahəsində biznes qurmaq üçün qida üzrə bilik vacibdirmi?

- Ketrinq biznesinə qida üzrə ixtisası olmayan biri də daxil ola bilər, amma burada bir nüans var: bilik mütləq lazımdır, sadəcə bu bilik sahibinin özü olmaq məcburi deyil. Ketrinq qida ilə birbaşa bağlı olduğu üçün sanitar qaydalar, məhsulların saxlanması, bişirilmə temperaturu, allergenlər və zəhərlənmə riskləri kimi mövzular çox önəmlidir. Əgər sahibkarın özü bu sahədə biliyə malik deyilsə, mütləq peşəkar aşpaz, texnoloq və ya qida təhlükəsizliyi üzrə məsul şəxs işə götürməlidir. Praktikada bir çox uğurlu ketrinq biznesi məhz menecmenti güclü, amma qida hissəsini mütəxəssislərə həvalə edən insanlar tərəfindən qurulub.

- Qida biliyi olmayanlar üçün risk nədir?

- Əsas risk keyfiyyətə və gigiyenaya nəzarətin zəifləməsidir. Bir səhv sifariş və ya qida zəhərlənməsi bütün reputasiyanı zədələyə bilər. Ona görə qida biliyi birbaşa olmasa da, ən azı əsas anlayışlara sahib olmaq və işçiləri düzgün idarə etmək vacibdir.

- Biznesdə önəmli məsələlərdən biri ilk müştərilərin cəlbidir. İlk müştərini qazanmaq sizə nə qədər vaxt apardı və bu prosesdə ən çətin məqam nə oldu?

- İlk müştərini qazanmaq adətən 1-3 ay vaxt aparır. Ən çətin mərhələ insanların yeni bir brendə etibar etməsidir. İlk sifarişlər, əsasən, tanış çevrədən gəlir.

Əsas müştəri cəlbetmə kanalları sosial şəbəkələr (xüsusilə “Instagram”), “WhatsApp” və ağızdan-ağıza tövsiyələrdir. Ən effektiv üsul məmnun qalan müştərilərin xidmətin başqalarına tövsiyə etməsidir.

- Orta bir ketrinq şirkətinin aylıq sabit xərcləri təxminən nə qədər olur?

- Sabit aylıq xərclər təxminən 4 000-8 000 AZN arasında dəyişir. Ən böyük xərc hissəsi xammala və əməkhaqqına gedir. Yanacaq, kommunal xidmətlər və qabların yenilənməsi də əlavə xərclər yaradır.

- Bəs həmin biznesin aylıq təxmini qazancı nə qədər ola bilir?

- Orta ölçülü ketrinq şirkətinin aylıq dövriyyəsi 10 000-30 000 AZN təşkil edə bilər. Xərclər çıxdıqdan sonra real qazanc adətən 2 000–6 000 AZN civarındadır.

Ketrinq sahəsində mənfəət marjası orta hesabla 20-35% arasındadır. Korporativ tədbirlər və iri sifarişlər daha stabil və yüksək gəlir gətirir.

- Orta bir ketrinq şirkətində minimum neçə işçi çalışmalıdır?

- Orta ölçülü ketrinq üçün minimum 5-7 nəfərlik heyət kifayətdir. Bu heyətə əsas aşpaz, köməkçi aşpazlar, ofisiantlar, sürücü və ümumi nəzarətçi daxildir.

- Müştərilər ketrinq şirkəti seçərkən daha çox nəyə diqqət edir?

- Müştərilər, əsasən, yeməyin dadına, xidmətin vaxtında və problemsiz təqdim olunmasına üstünlük verirlər. Qiymət amili də əhəmiyyətlidir, lakin keyfiyyət zəifdirsə, ucuz qiymət üstünlük sayılmır.

- Bu sahədə qurulan bizneslərdə ən çox edilən səhvlər hansılardır?

- Yeni başlayanlar bəzən qiymətləri həddən artıq aşağı salır, nəticədə keyfiyyəti qorumaqda çətinlik çəkirlər. Xərclərin düzgün hesablanmaması və gigiyena qaydalarına əməl olunmaması da ciddi risk yaradır.

- Mövsümi dəyişikliklər ketrinq biznesinə necə təsir edir?

- Yaz və yay aylarında toy və tədbirlərin çoxalması səbəbindən iş həcmi artır. Qış aylarında isə sifarişlər azalır və əsasən yas mərasimləri ilə korporativ tədbirlər üstünlük təşkil edir.

- Ketrinq biznesində gözlənilməz risklər varmi?

- Bəli, əsas risklərə qida təhlükəsizliyi, sifarişlərin gecikməsi və xammal qiymətlərinin dəyişməsi daxildir. Bu risklərin azaldılması üçün nəzarət mexanizmləri, ehtiyat planlar və etibarlı təchizatçılar vacibdir.

-  Bu sahədə biznes qurmağa dəyərmi və sizin əsas 3 tövsiyəniz nə olar?

- Bəli, amma bu sahə səbir və məsuliyyət vacibdir. Yeni başlayanlar üçün əsas 3 tövsiyəmsə belədir: Keyfiyyəti həmişə ön planda saxla, kiçik sifarişlərlə təcrübə topla, müştəri məmnuniyyətini əsas reklam vasitəsi et.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Yanvar 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see269

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see212

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see182

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see165

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see158

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see157

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see138

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri