Icma.az
close
up
RU
Kılçdaroğlu CHP qərargahına nə vaxt gedəcək?

Kılçdaroğlu CHP qərargahına nə vaxt gedəcək?

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında yaranmış qalmaqal gündəmin hadisəsi olaraq qalmaqdadır.
Mayın 24-də CHP sədri Özgür Özel polisin müdaxiləsilə partiya qərargahından çıxarılıb. O, tərəfdarlarına müraciətdə deyib ki, CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlar.
Bu hadisələr CHP-nin 2023-cü ildəki 38-ci qurultayında qəbul olunmuş qərarın  məhkəmə tərəfindən “mütləq etibarsızlıq” (“mutlak butlan") hesab edilməsi fonunda baş verir. Məhkəmə qərarı ilə 38-ci qurultayın CHP-yə sədr seçdiyi Özgür Özel postundan uzaqlaşdırılıb, Kemal Kılıçdaroğlu yenidən rəhbərliyə qaytarılıb.

İndi Türkiyədə gözlər Kemal Kılıçdaroğluya yönəlib: o, CHP-nin mərkəzi qərargahına nə vaxt gedəcək?

Modern.az xəbər verir ki, Türkiyə KİV-i CHP ətrafında yaşananları diqqətdə saxlayır.
Bildirilir ki, Kemal Kılıçdaroğlunun CHP qərargahına nə vaxt gedəcəyi böyük maraq doğurur.
Kılıçdaroğluya yaxın mənbələr bunun Qurban bayramından sonraya qədər təxirə salınmayacağını deyirlər.
“Kemal Kılıçdaroğlunun CHP qərargahına getməsi bayramdan sonraya qədər təxirə salınmaya bilər. Bəs bu nə vaxt baş verəcək? Əlbəttə ki, Ankaradakı bayram rituallarına və siyasi partiyaların bayramlar zamanı riayət etdiyi adətlərə baxmalıyıq. Ankarada bayramı təbrik proqramları mövcuddur. Siyasi liderlər təşkilatlarla, qərargahdakı işçilərlə təbrik mübadiləsi aparırlar. Bu kontekstdə Kılıçdaroğlunun bayram dövründə, bayramdan əvvəl CHP mərkəzi  qərargahına gedib bayram proqramı keçirə biləcəyi bildirilir. Bu proqramın necə və bayramın hansı günündə baş tutacağı ilə bağlı detallar bu gün müzakirə olunacaq. Kılıçdaroğlu və tətəfadrları bayramla bağlı qiymətləndirmələr aparacaqlar”, - deyə CNN Türk-ün yaydığı məlumatda bildirilib.
Qeyd edilir ki, Kemal Kılıçdaroğlu CHP-nin qərargahındakı son hadisələri evindən izləyib. Məlumata görə, Kılıçdaroğlu hələ ki öz ofisindədir. Bəzi deputatlar, bələdiyyə başçıları və CHP üzvlərinin Kılıçdaroğlunu ofisində ziyarət edəcəkləri bildirilir.
“Kılıçdaroğlu CHP-nin qərargahına bayram dövründə gedə bilər, bayramdan sonra yox. Bayramın ilk günü, yoxsa ikinci günü? Bu, hələ aydın deyil. Bu gün görüləcək işlərlə məsələnin  aydınlaşacağı gözlənilir. Paytaxt Ankarada siyasi partiyalar bayram təbrikləri keçirirlər. Partiyalararası bayram təbrikləri lider səviyyəsində deyil, işçi heyəti səviyyəsində olur. Lakin Kılıçdaroğlunun bayram zamanı həm işçi heyəti, həm də partiya təşkilatı ilə bayram təbrik proqramı keçirəcəyi gözlənilir”, - CNN Türk yazır.

Paytaxt Ankarada hadisələrlə dolu gündən sonra CHP-nin qərargahında təmizlik işləri davam edir.
A.Qprxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 May 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see325

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see260

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see226

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see224

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see223

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see192

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see183

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see181

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see181

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see180

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see176

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see176

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see175

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see171

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see169

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see161

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri