Kilian Mbappe “Barselona” ilə matçda unikal nailiyyətə imza atıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 27 oktyabr, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe unikal nailiyyətə imza atıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu buna “Barselona” ilə ötən gecə keçirilən “El Klasiko” (2:1) matçında nail olub.
Forvard rəqib qapısına 12-ci qolunu vurmaqla kataloniyalılara qarşı ən məhsuldar oyunçulardan biri kimi tarixə düşüb. O, bunu cəmi 9 qarşılaşmada bacarıb.
XXI əsrdə “Barselona”nın qapısına Mbappedən daha çox qol vuran yalnız iki futbolçu var. Onun həmyerlisi Kərim Benzema Kataloniya təmsilçisinə qarşı 46 oyunda 16, portuqaliyalı Kriştianu Ronaldu isə 34 görüşdə 20 dəfə fərqlənib.
Bu mövzuda digər xəbərlər:Kilian Mbappe unikal nailiyyətə imza atdı
20 Fevral 2025 18:21
Kilian Mbappe tarixi rekorda imza atıb
09 Fevral 2025 09:45
Kilian Mbappe son 30 ilin ilkinə imza atıb
12 May 2025 10:18
Kilian Mbappe Real Madrid in tarixində ilkə imza atıb
07 İyul 2025 10:08
Kilian Mbappe fransalı futbolçular arasında yeni rekorda imza atıb
11 Mart 2025 14:03
Baxış sayı:111
Bu xəbər 27 Oktyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















