Kılıçdaroğlu bunlara görə üzr istədi: Məni bağışlayın!
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vətənimizdən danışarkən, bağlı qapılar arxasında xarici güclərdən kömək istəyən axmaqları bilmədən qoynumda bəslədiyim üçün hamınızdan üzr istəyirəm.
Axar.az xəbər verir ki, bunu CHP-nin yeni sədri Kamal Kılıçdaroğlu deyib.
“FETÖ agentlərini tanımadım, xahiş edirəm məni bağışlayın. Rüşvət və talançılıqla məşğul olan bələdiyyə sədrlərini partiyadan uzaqlaşdıra bilmədiyiniz üçün sizlərdən üzr istəyirəm. Məni arxadan bıçaqlayanları görə bilmədim. Özümüzü korrupsioner oğrulardan təmizləyəcəyik.
CHP əxlaq və fəziləti qoruyanların, demokratiyanı müdafiə edənlərin partiyasıdır. Əsl CHP üzvü ikitərəfli oynamır.
Mən bu mübarizəni yenidən başlayıram. Mənim yanımda yer alırsınızmı? Diqqətlə qulaq asın, içəridəki alçaqlardan istifadə edərək Türkiyəni istismar edən Türkiyə düşmənləri: Hər kəs çox yaxşı bilməlidir ki, Türkiyə Cümhuriyyətinin qurucu iradəsi CHP-dir. Bu gün biz bu iradəni qorumaq üçün buradayıq”, - partiya sədri əlavə edib..
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 30 May 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















