Kılıçdaroğlu yenidən CHP nin başına keçə bilər
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İddialara görə, Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu dünən partiyanın üç aparıcı siması ilə görüşüb və qurultayda verilə biləcək mümkün qərarları müzakirə edib.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə tanınmış jurnalist İsmail Saymaz məlumat yayıb.
Onun sözlərinə görə, Kılıçdaroğlu 2023-cü ilin noyabr ayında qurultayda ona dəstək verən Ankara və Mersin böyük şəhər bələdiyyə başçıları Mansur Yavaş və Vahap Seçer, həmçinin CHP Partiya Məclisi üzvü Engin Özkoçla görüşüb.
Özgür Özelin də görüşdən xəbəri olduğu bildirilib.
Görüş 1 saatdan çox davam edib.
Kılıçdaroğlu görüşdüyü CHP səlahiyyətlilərinə “Ümid edirəm ki, mütləq etibarsızlıq qərarı olmayacaq, amma olarsa, partiyamı bir müvəkkilə həvalə edə bilmərəm. Mən qəbul etməsəm, müvəkkil gələcək”, - deyib.
Bu mövzuda digər xəbərlər:Kılıçdaroğlu yenidən CHP nin sədri oldu
21 May 2026 20:05
Kılıçdaroğlu yenidən CHP liderliyinə qayıdır?
21 Mart 2025 22:47
Məhkəmə qərarı ilə Kılıçdaroğlu CHP nin başına gətirildi
21 May 2026 19:14
Kılıçdaroğlu yenidən CHP sədri olmaq istəyir?
02 Aprel 2025 10:59
Kılıçdaroğlu yenidən rəsmən CHP sədri oldu
22 May 2026 16:41
Baxış sayı:139
Bu xəbər 24 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















