Icma.az
close
up
RU
Kılıçdaroğlundan sensasiyalı çağırış “CHP haramın sığınacağı ola bilməz

Kılıçdaroğlundan sensasiyalı çağırış “CHP haramın sığınacağı ola bilməz

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında qalmaqallar səngimək bilmir. Partiyanın bəzi bələdiyyələrində korrupsiya və rüşvət iddiaları, eləcə də qurultay prosesində “şaibə” müzakirələri gündəmdə qalarkən, CHP-nin keçmiş sədri Kemal Kılıçdaroğlu partiyaya növbəti dəfə “təizlənmə” çağırışı edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Məlumatda bildirilir ki, iyulun 1-nə təxirə salınan “mutlaq butlan” (mütləq hökümsüzlük)  məhkəmə işi öncəsi sosial media hesabında videomüraciət yayımlayan Kılıçdaroğlu, partiya rəhbərliyinə açıq mesaj göndərib. 

O, xüsusilə CHP sədri Özgür Özel və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu ünvanına sərt mesajları ilə diqqət çəkib.

Kılıçdaroğlu çıxışında bildirib: “CHP haramın və çirklənmişliyin sığınacağı əsla və əsla ola bilməz. Lazım gəldikdə öz daxilində təmizlənməyi də bacarmalıdır.”

Keçmiş CHP lideri siyasətdə əxlaq və vicdanın önəmini vurğulayaraq deyib ki, çirklənən siyasət əvvəlcə vicdanı, sonra mənəviyyatı məhv edir, sonda isə xalqın ruzisinə göz dikir.

Onun sözlərinə görə, siyasəti təmiz saxlamaq bütün siyasətçilərin namus borcudur, lakin bu məsuliyyət ən çox CHP üzvlərinin üzərinə düşür: “CHP böyük bir çinar ağacıdır. Bu partiya xalqın yoxluq içində ayağa qalxma iradəsidir. Təzyiqlər görüb, amma heç vaxt təslim olmayıb.”

Kılıçdaroğlu həmçinin bildirib ki, CHP yalnız siyasi təşkilat deyil, Mustafa Kemal Atatürk tərəfindən qurulmuş tarixi və mənəvi bir mirasdır: “Bu əmanət çirkləndirilə bilməz. CHP-nin kölgəsi haramın və korrupsiyanın sığınacağı ola bilməz.”

Sabiq lider çıxışında ona qarşı təzyiq göstərildiyini də iddia edib: “Məndən susmağımı və ya başqa cür danışmağımı gözləyənlər var. Məni yaxşı dinləyin: Kemal Kılıçdaroğlu nə partiyasının, nə də xalqın maraqlarını şəxsi mənfəəti üçün alver predmetinə çevirər.”

O əlavə edib ki, ömrünü “ədalət mübarizəsinə” həsr edib və heç vaxt “haram tikə” yemədiyini vurğulayıb: “İftira və təhdidlər mənə təsir etməz. Mən həqiqətin yanında dayanaram.”

Kılıçdaroğlunun bu çıxışı Türkiyə siyasətində yeni daxili gərginliklərin başlanğıcı kimi qiymətləndirilir. CHP daxilində rəhbərlik uğrunda mübarizə və korrupsiya iddiaları fonunda səslənən bu mesajların qarşıdakı günlərdə partiya daxilində yeni polemikalara səbəb olacağı gözlənilir.

Elman

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 May 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri