Icma.az
close
up
RU
Kiloqramı 450 manata Yerli çaylar niyə BAHADIR...

Kiloqramı 450 manata Yerli çaylar niyə BAHADIR...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Lənkəran rayonunun mərkəzi bazarında yerli istehsal olunan müxtəlif növ çayların satışı geniş yer tutur. Burada çayın qiyməti çeşidinə və keyfiyyətinə görə dəyişir, kiloqramı 15 manatdan başlayaraq 450 manata qədər təklif olunur. Satıcıların sözlərinə görə, daha sərfəli 15-25 manat aralığında olan çaylara alıcı marağı daha yüksəkdir. 

Yerli çayın baha satılması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yerli istehsal olması həmin məhsulun mütləq şəkildə daha ucuz qiymətə satılması anlamına gəlmir:

“Sahibkar öz məhsulunun qiymətini bazar prinsiplərinə uyğun şəkildə sərbəst müəyyənləşdirə bilər.
Əgər sahibkar məhsulunu 400-500 manata sata bilirsə, bu, iqtisadi baxımdan müsbət haldır. Bu həm də cəmiyyət üçün sevindirici olmalıdır ki, yerli istehsal olunan məhsula belə dəyər verən və almağa imkanı çatan vətəndaşlarımız var”.

X.Kərimli qeyd edib ki, bazarda vətəndaşların daha münasib qiymətə çay almaq imkanı da mövcuddur:

“Çünki ölkəyə Hindistan, Çin, Şri-Lanka kimi çay ixracatçısı olan ölkələrdən idxal olunan müxtəlif növ məhsullar gətirilir. Yerli istehsalçılar isə bu bazarın cüzi bir hissəsini təşkil edirlər və onların satdığı 3-5 kiloqramlıq çay ümumi bazar qiymətlərinə ciddi təsir göstərmir”.

Ekspertin sözlərinə görə, çay sahəsində inhisarçılıq mövcud deyil və bu sektorda monopoliya halları müşahidə olunmur. 

Əsas şərt ondan ibarətdir ki, bazarda satılan bütün çay məhsulları dövlət tərəfindən keyfiyyətə nəzarət baxımından yoxlanılır və insan sağlamlığı üçün təhlükə daşımır. Sahibkar baha qiymət təyin edirsə, bu onun sərbəst qərarıdır və bazar iqtisadiyyatının qaydalarına uyğundur. Əsas odur ki, istehlakçı seçim imkanına malikdir və istədiyi halda daha münasib qiymətə çay ala bilər",- deyə o əlavə edib”.

Aytac Bəhruzqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri