Icma.az
close
up
RU
Kiloqramı 65 manat oldu Qiyməti buna görə qalxır

Kiloqramı 65 manat oldu Qiyməti buna görə qalxır

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Püstə bazarında qiymətlər kəskin artaraq 65 manata çatıb və bu vəziyyət artıq alıcılar üçün ciddi narahatlıq doğurur. Son dövrlərdə müşahidə olunan bu bahalaşma təkcə yerli amillərlə deyil, həm də qlobal bazarda baş verən proseslərlə əlaqələndirilir. Bir vaxtlar əlçatan sayılan püstə artıq bir çox ailələr üçün bahalı məhsula çevrilməkdədir.
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, püstə istehsalında dünya üzrə əsas aparıcı ölkələr İran, ABŞ və Türkiyədir:
“İran və ABŞ birlikdə qlobal püstə istehsalının təxminən 90 faizini təmin edir və bu səbəbdən dünya bazarında qiymətlərin formalaşmasında əsas rol oynayırlar. Türkiyə isə son illərdə bu sahədə inkişaf edərək ixrac potensialını artırır. Azərbaycana püstə əsasən İran və Türkiyədən idxal olunur. Lakin İranda baş verən proseslər, xüsusilə ABŞ-la münasibətlərdə gərginlik və ümumi qeyri-sabitlik idxal əməliyyatlarını çətinləşdirib. Sahibkarlar həm ödənişlərdə, həm də logistika məsələlərində ciddi problemlərlə üzləşirlər. Risklərin artması isə qiymətlərə birbaşa təsir göstərir. Bundan əlavə, bayram ərəfəsində bu məhsullara tələbatın kəskin artması qiymətlərin daha da yüksəlməsinə səbəb olur”.
O bildirib ki, təkcə püstə deyil, ötən il fındıq bazarında da ciddi bahalaşma qeydə alınıb:
“Dünyanın ən böyük fındıq ixracatçısı olan Türkiyədə qiymətlərin iki dəfə artması bu prosesə təsir edən əsas amillərdən biri olub. Ümumilikdə, iqlim şəraitinin əlverişsiz keçməsi və məhsuldarlığın azalması çərəz bazarında qiymət artımını qaçılmaz edib. İranda baş verən hadisələr və idxal problemləri isə bu artımı daha da sürətləndirib. Xüsusilə bayram dövrlərində tələbatın artması qiymətləri rekord həddə çatdırır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Aprel 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri