Icma.az
close
up
RU
Kilosu 15 manata satılır: Ürəyi gücləndirir, xərçəng riskini azaldır

Kilosu 15 manata satılır: Ürəyi gücləndirir, xərçəng riskini azaldır

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çeri (və ya çerri) pomidoru həm dadı, həm də estetik görünüşü ilə son illərdə mətbəximizin ayrılmaz hissəsinə çevrilib. İngilis dilindən tərcümədə "albalı" (cherry) mənasını verən bu tərəvəz, adını məhz kiçik və dairəvi formasından götürüb.
Demokrat.az xəbər verir ki, bu pomidor növü ilk dəfə Cənubi Amerikanın And dağları bölgəsində yabanı halda aşkar edilib. Lakin müasir seleksiya olunmuş formaları 1970-ci illərdə İsrail alimləri tərəfindən inkişaf etdirilib. O, həm açıq sahədə, həm də istixanalarda yetişdirilə bilər. Hətta dözümlü olduğu üçün pəncərə qarşısında, dibçəklərdə də rahatlıqla məhsul verir.
Azərbaycan bazarlarında satılan çeri pomidorlarının böyük hissəsi yerli istixanalarda, xüsusilə Abşeron, Şəmkir və Salyan rayonlarında yetişdirilir. İdxal məhsul kimi isə ölkəmizə əsasən Türkiyə, Rusiya və bəzən İran bazarlarından daxil olur. Qış aylarında vitrinlərdə gördüyünüz çeri pomidorlarının əksəriyyəti yerli müasir istixana komplekslərinin məhsuludur.
Çeri pomidorunu digərlərindən fərqləndirən əsas cəhət onun dad intensivliyidir. Tərkibindəki şəkər miqdarı adi pomidorla müqayisədə daha yüksək olduğu üçün o, daha şirin və aromatikdir. Bundan başqa, çeri pomidorunun qabığı bir qədər bərkdir ki, bu da onun daha uzun müddət təzə qalmasına imkan yaradır. Eyni çəkidə olan çeri pomidorunda adi pomidora nisbətən daha çox vitamin və mineral cəmləşib.
Bu tərəvəz əsl antioksidant mənbəyidir. Tərkibindəki likopen maddəsi ürək-damar xəstəlikləri və xərçəng riskini minimuma endirir. Eyni zamanda, A və C vitaminləri ilə zəngin olması immuniteti gücləndirir, sümük sağlamlığını qoruyur. Kalorisinin aşağı olması isə onu pəhriz saxlayanlar üçün əvəzolunmaz edir. 100 qram çeri pomidorunda cəmi 18-22 kalori var.
Həkimlər qeyd edirlər ki, bu pomidor növünü bişmiş halda istehlak etmək orqanizmin likopeni daha rahat mənimsəməsinə kömək edir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Mart 2026 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri